Polis istirahət zonalarında profilaktik tədbirləri davam etdirir - VİDEO
Yay mövsümü ilə əlaqədar olaraq insanların turizm zonalarına üz tutması nəzərə alınaraq həmin məkanlarda vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə Masallı rayonunda polis əməkdaşları tərəfindən profilaktik tədbirlər həyata keçirilib.
Adalet.az xəbər verir ki, tədbirlər çərçivəsində polis naryadları sürücülərlə profilaktik söhbətlər apararaq sürət həddinə, ötmə və manevr qaydalarına əməl olunmasının, sərxoş vəziyyətdə avtomobil idarə edilməsinin yolverilməzliyi barədə məlumat veriblər. Vətəndaşlara istirahət etdikləri əraziləri çirkləndirməmək, azyaşlılar üzərində nəzarəti gücləndirmək və üzləşdikləri neqativ hallarla bağlı dərhal polis əməkdaşlarına məlumat vermək tövsiyə olunub.
Həmçinin, yay mövsümündə havaların isti və quraq keçməsi ilə bağlı meşəlik və açıq sahələrdə yanğın təhlükəsinin artması nəzərə alınaraq vətəndaşlara odla ehtiyatsız davranışın doğura biləcəyi təhlükələr və yanğına səbəb olacaq amillər barədə məlumatlar verilib.
Digər Xəbərlər
27 Iyul 2026 11:18
Vilayət Eyvazov sıra baxışı keçirdi - FOTOLAR+VİDEO
26 Iyul 2026 13:31
Temperatur 40 dərəcə qalxacaq - PROQNOZ
25 Iyul 2026 15:47
Sabah çimərliklərdə suyun temperaturu 30 dərəcə olacaq
24 Iyul 2026 17:00


Bakı -°C

