08 Avqust 2025 09:46
125
MƏMLƏKƏT

Naxçıvanda 41 dərəcə isti olub - FAKTİKİ HAVA

Avqustun 8-i saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a verilən məlumata görə, avqustun 8-i saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb.

Düşən yağıntının miqdarı Daşkəsən, Qusar, Qrız (Quba) və Şahdağda 1-8 mm-dək olub.

Avqustun 7-də saat 16:38-16:46 radələrində Şahdağa diametri 4 mm olan dolu düşüb.

Avqustun 7-də havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36, dağlıq rayonlarda 30, Aran rayonlarında, eyni zamanda Naxçıvan MR-da 41 dərəcəyədək isti qeydə alınıb.