Polis kömək etdi
Hər gün metrodan istifadə etdiyimə görə, orada bir çox hadisələrin şahid oluram.
Görürəm ki, metro qatarında və stansiyalarda isti yay günlərində vəziyyəti ağirlaşan insanlar var. Həmin anda onlara kömək edən metro polisi və xanım nəzarətçilərdi. Həkimlər gələnə kimi, onlar səhhətində problem yaranan sərnişinlərə lazımi köməklik göstərir. Avqustun 7- də də metronun "28 may' stansiyasında bir sərnişin xanımın özünü pis hiss etdiyini gördüm.
Yandakı qızlar onu oturacağa apardılar və yelpəyi yelləyib ona hava vermək istədilər. Elə həmin an o qıza orada xidmət aparan polis nəfəri və xanım nəzarətçi yaxınlaşdı. Qıza soyuq su və dərman verdilər.Həkim çağırmaq istədilər.
Özünə gələn qız " Həkimə ehtiyac yoxdu, özümü yaxşı hiss edirəm və göstərdiyiniz köməyə görə , minnətdaram ",- dedi. Bax bu da polisin çətin vəziyyətdə olan vətəndaşına sevgisi.Polis bizə hörmətlə yanaşırsa, təbii ki, biz də ona hörmət etməliyik!
Emil Faiqoğlu
Digər Xəbərlər
14 Aprel 2026 09:44
Bəzi avtobusların hərəkət istiqaməti dəyişdirildi
13 Aprel 2026 16:45
Naxçıvanın yüksək dağlıq ərazilərinə qar yağır
13 Aprel 2026 14:53
Azərbaycan əhalisinin sayı açıqlandı
13 Aprel 2026 13:09
Sabah yağış yağacaq
13 Aprel 2026 12:35
Elmi Cərrahiyyə Mərkəzi guya qanunsuz ağac kəsilməsi iddialarına aydınlıq gətirdi
13 Aprel 2026 12:33
Bakıda daha iki ərazidə yollar təmir edildi
13 Aprel 2026 11:54
Gədəbəyə qar yağdı – FOTO
13 Aprel 2026 10:40


Bakı -°C

