adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
10 May 2020 13:23
15204
İDMAN

Geydji Fergüsonu məğlub etdi və Nurməhəmmədovla döyüşəcək

Qarışıq döyüş növləri üzrə amerikan idmançısı Castin Geydji texniki nokautla həmyerlisi Toni Fergüsona müvəqqəti UFC çevpionu adı uğrunda yarışda qalib gəlib.

Adalet.az-ın məlumatına görə, UFC 249 turniri ABŞ-ın Ceksonvil şəhərində keçirilib.

Yüngül çəki dərəcəsində (70.3 kg qədər) döyüş 5-ci raundda dayandırılıb.

Toni Fergüson ümumilikdə 29 döyüş keçirib, 25-də qalib, 4-də isə məğlub olub. Castin Geydji 24 döyüş keçirib, 22 döyüşdə qalib gəlib və iki dəfə məğlub olub.

Turnirin növbəti döyüşü Castin Geydji və Həbib Nurməhəmmədov arasında keçirilməlidir.