General Polad Həşimovun adına yaradılan parkın açılışı olub - FOTO
Bu gün Bakının Xətai rayonunda yerləşən şəhid general, Azərbaycanın Milli Qəhrəmanı general Polad Həşimovun adına yaradılan parkın açılışı olub.
Adalet.az xəbər verir ki, tədbirdə Xətai rayon İH-nin başçısı Rafiq Quluyev, icra hakimiyyətinin nümayəndələri, rayon ziyalıları, qazilər, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova və digər qonaqlar iştirak edib.
Parkda Polad Həşimov və digər 8 nəfər Vətən müharibəsi şəhidinin xatirəsini əks etdirən lövhə quraşdırılıb.
Parkda azyaşlılar, yetkinlik yaşda olanlar və yaşlı əhali üçün istirahət attraksionları quraşdırılıb. Bundan başqa, parkla yanaşı olan üç həyətyanı sahə də abadlaşdırılıb. Burada şahmat, mini futbol meydançaları və uşaqlar üçün əyləncə attraksionları quraşdırılıb.
Qeyd edək ki, Bakı şəhəri Xətai rayonu Naximov küçəsinin adı dəyişdirilərək Polad Həşimov adlandırılıb. Polad Həşimov parkı da həmin küçədə yerləşir.
Digər Xəbərlər
14 Mart 2026 19:46
Ramazanın 25-ci günü: dua, imsak və iftar vaxtı...
14 Mart 2026 16:53
Azərbaycanda daha bir dövlət qurumu ləğv edildi
14 Mart 2026 15:29
Pakistanlı diplomat İrandan ölkəmizə təxliyə olundu
13 Mart 2026 19:54
Ramazanın 24-cü günü: Dua, imsak və iftar vaxtı
13 Mart 2026 19:01
Küçədə elektron siqaret çəkənlər cərimələnəcək - TƏSDİQLƏNDİ
13 Mart 2026 17:53
Kamran Əliyev ağac əkdi - FOTO
13 Mart 2026 17:36
“Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
13 Mart 2026 17:12


Bakı -°C

