adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
14 May 2017 16:00
21695
KRİMİNAL

Gəncədə qatar qadını vuraraq öldürüb

Gəncədə qatar qadını vurub.

Adalet.az APA-ya istinadən xəbər verir ki, hadisə Gəncənin Poçt qəsəbəsi adlanan ərazisində nizamlanan dəmir yolu keçidindən bir neçə metr aralıda qeydə alınıb.

Yaşı təxminən 65-70 arası olan qadını hərəkətdə olan elektrovoz vurub. Hələ ki, şəxsiyyəti məlum olmayan qadın hadisə yerində ölüb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi başlanıb, araşdırma gedir.