adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
30 Iyul 2014 09:52
3485
HADİSƏ

Gəncədə 4 avtomobil toqquşdu - Video

Gəncədə zəncirvari qəza baş verib.

APA TV-nin məlumaıtna görə, hadisə şəhərin Dədə Qorqud küçəsində qeydə alınıb.

Tural İbadovun idarə etdiyi "VAZ 2106” markalı avtomobil "VAZ 2107”, "Opel” və "BMW”ni vurub.

Qəza nəticəsində Tural İbadov və sərnişini Ramin Məmmədov xəsarət alıblar. Yaralılar təcili yardım vasitəsi ilə Gəncə Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, yaralıların vəziyyəti kafidir.

Faktla bağlı Dövlət Yol Polisinin Gəncə Şəhər Şöbəsində araşdırma aparılır.