Gəncə sakini raket hücumu zamanı onu dağıntılar altından çıxaran oğlanla ailə qurdu - FOTO
Gəncə terrorunda valideynlərini itirən Sevil Əliyevanın nikah mərasimi olub.
Mərasimdən fotoları aparıcı Lalə Azərtaş yayımlayıb. O, Talış adlı oğlanla ailə qurub.
“Sevil öz yarı ilə rəsmi nikaha girdi. Allah onları bir ömür xoşbəxt etsin. O qədər sevindim ki, sizinlə bölüşmək istədim. 44 günlük Vətən müharibəsində düşmənin törətdiyi Gəncə terroru nəticəsində hər iki valideynini itirən Sevil və Hüseynin (qardaşı - red.) öz dərd içində qürur rəsmi hələ də gözümüz önündədir. Bu balaların bundan sonra yalnız bu xoşbəxt rəsmlərini görək”, - deyə, L.Azərtaş bildirib.
Terror hadisəsi yaşanan gecə dağıntılar altında qalan Sevil açıqlamalarından birində onu sinif yoldaşının xilas etdiyini bildirmişdi. Sevilin ailə qurduğu gənc onu dağıntılar altından çıxaran həmin sinif yoldaşıdır.
Qeyd edək ki, 2020-ci il oktyabrın 11-də Gəncəyə atılan raket nəticəsində hər iki valideynini itirən Sevil və 8 yaşlı qardaşı Hüseyni ana nənəsi himayəsinə götürüb. Sevil Əliyeva Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsində təhsil alır.
Xatırladaq ki, Sevil və Talışın nişan mərasimi ötən ilin mayında olub.
Digər Xəbərlər
28 Sentyabr 2026 23:43
16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
28 Sentyabr 2026 11:07
Yük maşını sürücülərinə xəbərdarlıq: Bunları etməyin
28 Sentyabr 2026 10:13
Bakıda yeni tunel inşa ediləcək - VİDEO
27 Sentyabr 2026 16:58
Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub - FOTOLAR
27 Sentyabr 2026 12:05
DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı - VİDEO + FOTOLAR
26 Sentyabr 2026 23:03
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
26 Sentyabr 2026 13:18
Azad edilmiş ərazilərdə şəhərsalma ilə bağlı hansı işlər görülüb? - Açıqlandı
26 Sentyabr 2026 12:42


Bakı -°C

