Gənc sosial işçilər üçün təhsil proqramının 3-cü mövsümü başa çatıb
“İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə gənc sosial işçilər üçün həyata keçirilən “Sosial İşin Əsasları” təhsil proqramının üçüncü mövsümü başa çatıb.
Adalet.az xəbər verir ki, bununla əlaqədar keçirilən tədbirdə çıxış edən “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı qeyd edib ki, “Sosial İşin Əsasları” layihəsi təşkilatın proqram halını alan layihələrindən biri kimi son bir il ərzində 120-dən çox gənci bir araya toplayıb. Sosial işin hazırki dövrdə mühüm istiqamətlərdən biri olduğunu bildirən Şahin Rəhmanlı diqqətə çatdırıb ki, layihədə iştirak etmiş gənclər bu sahədə yeni biliklər əldə etməklə yanaşı, həm də müxtəlif sosial müəssisə və təşkilatlarda rol almağa başlayıblar.
“İrəli” İctimai Birliyinin sədri sonda təhsil proqramını uğurla başa vurmuş gəncləri təbrik edib, təhsil proqramının icrasında iştirak etmiş təlimçi və gənclərə öz minnətdarlığını bildirib. Daha sonra layihənin üçüncü mövsümünün məzunlarına şəhadətnamələr təqdim edilib.
Ümumilikdə 106 akademik saatı əhatə edən təhsil proqramı çərçivəsində sosial işçi gənclər “Şəxsi inkişafın əsas prinsipləri və analiz qabiliyyətinin formalaşdırılması”, “Autizm sindromlu uşaqlarla iş”, “Qeyri-formal təhsil”, “Komanda quruculuğu” və digər mövzularda təlim sessiyalarında iştirak ediblər. Proqram boyunca 15 sosial xidmət müəssisəsinə təcrübə səfəri təşkil olunub ki, bu qurumlara “Birgə və Sağlam” İctimai Birliyinin nəzdindəki Autizm Mərkəzi, “Azərbaycan Uşaqları” İctimai Birliyinin uşaq sığınacağı, “Ümid Yeri” uşaq sığınacağı, Sabunçu Gənclər Evi və s. aiddir.
Həyata keçirilən proqramın əsas məqsədi təhsil müəsissələrindən əlavə olaraq sosial işi qeyri-formal təhsil metod və prinsiplərinin vasitəsi ilə gənclərə çatdırmaq, bilik və bacarıqların artırılması yolu ilə keyfiyyətli gənclərlə işə nail olaraq ümumilikdə dövlət gənclər siyasətinə töhfə verməkdir.
Digər Xəbərlər
13 Mart 2026 09:00
DÜNYAYA TÖHFƏ VERMƏK HƏR ÖLKƏNİN İŞİ DEYİL
06 Mart 2026 09:00
İMİŞLİDƏ MÖHTƏŞƏM ABADLIQ İŞLƏRİ
27 Fevral 2026 09:00
AZƏRBAYCAN GƏNCLƏRİ DÜNYANIN ƏN İSTEDADLISIDIR
20 Fevral 2026 09:00
ERMƏNİLƏR QARABAĞ SAVAŞINDA AZƏRBAYCANA YÜZ MİLYARDDAN ÇOX ZİYAN VURUBLAR
06 Fevral 2026 09:00
ONLAR HEÇ VAXT ÖLÜMDƏN QORXMADILAR
30 Dekabr 2025 16:17
“Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması” layihəsi çərçivəsində təltifetmə tədbiri keçirilib
30 Dekabr 2025 15:52
“Yaşıl ASAN” ekoloji proqramı çərçivəsində “Balaca Ekoloqlar” layihəsi davam edir
29 Dekabr 2025 08:30


Bakı -°C

