Gənc deputatlar Bakıda toplandılar
Bakıda Parlamentlərarası İttifaqın gənc parlament üzvlərinin V Qlobal Konfransı keçirilir.
Adalet.az xəbər verir ki, Milli Məclisdə təşkil olunan konfransda Azərbaycan parlamentinin sədri Oqtay Əsədov, gənclər və idman naziri Azad Rəhimov, o cümlədən, Parlamentlərarası İttifaqın prezidenti Qabriela Kuevas Barron, Parlamentlərarası İttifaqın Gənclər forumunun sədri Mourine Osoru və digər xarici qonaqlar iştirak edirlər.
Konfransda bildirilib ki, dünyada 30 yaşından cavan deputatların sayı son 2 ildə 1.9 faizdən, 2.2 faizə qədər artıb. Bu artıma baxmayaraq, dünya əhalisinin 30 yaşdan aşağı olan hissəsi ilə müqayisədə gənc parlamentarilərin sayında kəskin azlıq müşahidə edilir. Gənc deputatların say çoxluğu ən çox Avropada müşahidə edilir, sonra isə sırada ABŞ-dır.
Dünya parlamentarilərinin aşağı palatasında olan 30 yaşdan aşağı deputatların sayı 30 faizdən azdır, parlamentlərin yuxarı palatalarının 76 faizində isə bu yaşda deputat, ümumiyyətlə, yoxdur. 40 yaşından aşağı deputatların da sayı 2016-cı ildə 14.2 faiz idisə, 2018-ci ildə 15.5 faiz olub. 45 yaşdan aşağı parlamentarilərin sayı 2016-cı ildə 26 faiz, 2018-ci ildə isə 28.1 faiz təşkil edib.
Digər Xəbərlər
02 May 2024 15:58
Asiya İnkişaf Bankının Departament direktoru Azərbaycan Səhiyyə Nazirliyində olub
02 May 2024 15:48Tatoyan:"Azərbaycanlıların 96,2% -i Zəngəzur, İrəvan və Göyçəni tarixi yurdu hesab edir"
02 May 2024 12:31Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi
02 May 2024 12:09Polislər deputatı doğulduğu kəndə buraxmadı: Video
02 May 2024 11:35