adalet.az header logo
  • Bakı -°C
21 Oktyabr 2013 13:52
19711
MƏMLƏKƏT
A- A+

Gələn ilin dövlət büdcəsi Azərbaycan üçün nə vəd edir?

Qlobal maliyyə böhranı bir sıra ölkələri iqtisadi layihələri gerçəkləşdirən zaman son dərəcədə diqqətli olmağa vadar edib. Elə bunu nəzərə alan dünya ölkələri dövlət büdcələrinin hazırlanması prosesində daha diqqətli olub, mümkün riskləri nəqərə almalı olurlar. Artıq bir sıra Avropa ölkələrinin gələn il üçün hazırlanan dövlət büdcəsinə nəzər salanda nikbin təəsüratlar yaradır. Portuqaliya dövlət büdcəsi ilkin baxışda onu deməyə əsas verir ki, 2014-cü il Portuqaliya üçün heç də ürək açan olmayacaq. Beynəlxalq kredit təşkilatlarının bu ölkə qarşısında qoyduğu tələblər, ÜMD-in artırılması yönündə həyata keçirilən işlər Portuqaliya hökumətini daha ciddi addımlar atmağa vadar edir. Hökumət artıq önləyici tədbirlər görməyə başlayıb. Gözlənilən odur ki, Portuqaliyada 2014-cü ildə pensiyalar və dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda əmək haqqları əhəmiyyətli dərəcədə azaldılacaq. Portuqaliya ilə yanaşı, Italiya, İspaniya və digər Avropa ölkələrinin 2014-cü il dövlət büdcəsində eyni vəziyyət davam edir. Azərbaycanın 2014-cü il dövlət büdcəsinin müzakirəasi artıq başladılıb. Nazirlər Kabinetində təşkil olunan müzakirələr onu deməyə əsas verir ki, gələn ilin dövlət büdcəsində bir sıra dövlət qurumlarından maliyyələşən təşkilatlarda əmək haqqları artırılacaq. Bununla yanaşı büdcədən maliyyələşən siyasi partiyalara, QHT-lərə ayrılan vəsait artırılacaq. Bütün bunlar onu deməyə əsas verir ki, gələn ildə Azərbaycan maliyyə sıxıntısı ilə üzləşməyəcək. Həyata keçirilən uğurlu iqtisadi siyasət ölkəmizin qüdrətini daha da artıaraq. Millət vəkili Ziyad Səmədzadə 2014-cü ilin dövlət büdcəsi barəsində fikirlərini bölüşərkən bunları qeyd edib: "Azərbaycanın 2014-cü il üçün dövlət büdcəsi 25 milyard manatdan çox olacaq. Bu göstərici büdcənin xərclər hissəsidir, gəlirlər isə bundan cüzi az olacaq”. Onun sözlərinə görə, yaxın gələcəkdə sığorta yığımları da arta bilər: "Gələcəkdə sığorta yığımları 1milyard manatı ötə bilər. 2020-ci ildə adambaşına düşən sığorta haqqının120-130 manata qalxması bir reallıqdır. Əgər nəzərə alsaq ki, 2020-ci ildə ÜDM iki dəfə, sığorta haqları iki dəfədən çox artacaq, bu o deməkdir ki, 2020-ci ildə adambaşına sığorta haqqı 120-130 manata qalxacaq”. Ümumilikdə 2014- cü ilin dövlət büdcəsi iqtisadiyyatın prioritet sahələrinin modernləşməsinə və şaxələnməsinə, investisiya mühitinin daha da yaxşılaşdırılmasına, vergi və rüsumlar hesabına büdcəyə daxilolmaların artırılmasına, habelə "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında qarşıya qoyulan hədəflərə nail olunmasına köklənilib. Maliyyə naziri Samir Şərifov 2014-cü ilin dövlət büdcəsində xərclərin əsas prioritetlərindən olan sosial siyasətin davam etdirilməsi, əhalinin rifahının və yaşayış səviyyəsinin, məcburi köçkünlərin şəraitinin yaxşılaşdırılması, dövlətin müdafiə qabiliyyətinin artırılması, ölkənin enerji potensialının gücləndirilməsi, içməli su və qaz təchizatı, kanalizasiya və meliorasiya sistemlərinin müasir tələblər səviyyəsində qurulması, kənd yollarının tikintisi, aqrar sektorun inkişafı və ərzaq təhlükəsizliyinin təmin edilməsi, sosial və investisiya proqramları üçün maliyyə təminatının yaradılması nəzərdə tutulduğunu bildirib. Ümumilkdə 2014-cü ilin dövlət büdcəsi ilə bağlı onu demək olar ki, hazırlanan büdcə alyihəsi təkmil bir sənəddir. Büdcəyə uyğun olaraq həyata keçirilən işlərin risk təhlükəsi yoxdur.