24 Oktyabr 2025 10:00
70
AVTOMABİL

Gələn ildən hansı maşınlara vergi güzəşti ləğv edilir?

Gələn ilin ilk günündən etibarən Azərbaycanda hibrid və "plug-in" hibrid avtomobillərə tətbiq edilən vergi güzəştləri ləğv olunur.

Adalet.az xəbər verir ki, bu barədə 2026-cı ilin büdcə zərfində qeyd olunub.

Belə ki, 2026-cı ilin yamvarın 1-dən yalnız tam elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı əlavə dəyər vergisindən (ƏDV) azad ediləcək.

Güzəşt mexanizmi 2026-cı il yanvarın 1-dən başlayaraq 1 il müddətinə qüvvədə olacaq.

İstehsal buraxılış tarixindən 7 ildən çox vaxt keçmiş nəqliyyat vasitələrinin idxalı zamanı hesablanan aksiz vergisi əmsalları da optimallaşdırılacaq.