21 Oktyabr 2025 15:24
70
AVTOMABİL

Bu yolda hərəkət məhdudlaşdırılır - Sürücülərin nəzərinə!

21 oktyabr saat 23:00-dan etibarən Bakı Şəhəri, Səbail rayonu, Neftçilər prospektinin Azadlıq meydanının qarşısından keçən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti işlər tamamlanana qədər məhdudlaşdırılaraq meydan ərazisindən təmin ediləcək.

 Bu barədə Adalet.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. 

Qeyd olunur ki, bu səbəbdən, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, göstərilən ərazidə hərəkət zamanı ehtiyatlı olmaları, yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi riayət etmələri xahiş olunur.

"Yaranan müvəqqəti narahatlığa görə üzr istəyir, anlayışınız üçün təşəkkür edirik", - məlumatda deyilir.