Gələn il “Avroviziya”da ilk dəfə iştirak edəcəklər
Kanada 2027-ci ildə keçiriləcək “Avroviziya” mahnı müsabiqəsində ilk dəfə iştirak edəcək.
Adalet.az xəbər verir ki, bu barədə “Avroviziya”nın rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, Kanada 2015-ci ildə yarışmaya qoşulan Avstraliyadan sonra “Avroviziya”ya qatılan ilk debütant ölkədir.
Ölkə 2027-ci ildə Bolqarıstanda təşkil ediləcək müsabiqəyə yarımfinal mərhələsindən qoşulacaq.
Kanadanı təmsil edəcək ifaçının necə seçiləcəyi isə bu ilin sonuna qədər açıqlanacaq.
Qeyd edək ki, Kanada ötən həftə Avropa Yayım Birliyinin tamhüquqlu üzvü olub. Bu status ölkəyə 2027-ci ildən etibarən “Avroviziya”da iştirak etmək hüququ verib.
Digər Xəbərlər
01 Iyul 2026 18:33
"Hansısa kişi üçün gözəl görünməyə çalışdığımı xatırlamıram" - VİDEO
01 Iyul 2026 15:32
Məşhurlar yay tətilini harada keçirəcək - SORĞU
01 Iyul 2026 07:57
Oktay Kaynarca Fahriye Evcenlə tərəf müqabili oldu
30 Iyun 2026 16:22


Bakı -°C

