"Gələn il Astara terminalının inşası tam yekunlaşacaq" - ADY sədri
Orta Dəhliz üzrə yükdaşımaları 100 % yaşıl enerji ilə təmin ediləcək.
Adalet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov deyib.
"Dekarbonizasiya ilə bağlı bizim Asiya İnkişaf Bankı ilə layihəmiz həyata keçirilir. Bu günlərdə Asiya İnkişaf Bankının missiyası Bakıda idi. Dekarbonizasiya istiqamətində dəmir yollarına əlavə qrant ayırılmasına dair ilkin olaraq razılıqlarını bildiriblər. Bununla da biz demək olar ki, Orta Dəhliz üzrə yükləri 100 % yaşıl enerji ilə daşınmasını təmin etmiş olacağıq", - deyə R.Rüstəmov bildirib.
O qeyd edib ki, "Şimal-Cənub" layihəsi ilə bağlı Rusiya və İran dəmir yolları ilə görüşlər olub.
"Keçən ay Daşkənddə Rusiya dəmir yolları qurumunun rəhbəri ilə görüşəndə də bu məsələ ətrafında müzakirələr apardıq. Növbəti il yalnız Şimal-Cənub deyil, həm də Cənub-Şimal istiqamətində də yük daşımaları planlaşdırılıb. Gələn həftə İran dəmir yollarının rəhbəri ilə görüşümüz gözlənilir. Ötən ay İranda olarkən qəbul etdiyimiz fəaliyyət planına uyğun olaraq, Astara terminalında işlərin yekunlaşdırılması üzərində çalışırıq. Fəaliyyət planına görə, gələn il artıq Astara terminalı tam yekunlaşacaq və bu istiqamətdə bizim yükaşırma qabiliyyətimiz 4 milyon tona çatmış olacaq", - deyə o bildirib.
Digər Xəbərlər
07 Yanvar 2026 16:18
Sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb
07 Yanvar 2026 15:25
Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci iclası nə vaxt keçiriləcək?
07 Yanvar 2026 13:47
“Qızıl ehtiyatların həcminə görə Azərbaycan dünyada ilk iyyirmi beşlikdə qərarlaşıb...”
07 Yanvar 2026 11:10
“Qarabağ və Şərqi Zəngəzurun ölkənin iqtisadi zəncirinə tam inteqrasiyası...”
07 Yanvar 2026 11:03
“Bu il büdcə xərclərinin 41 faizindən çoxu sosial istiqamətə yönələcək...”
07 Yanvar 2026 10:13
Azərbaycan nefti ucuzlaşdı
06 Yanvar 2026 19:54
Gürcüstan Azərbaycandan qeyri-neft məhsullarının idxalını artırdı
06 Yanvar 2026 15:16


Bakı -°C

