Gələn aydan bu müavinətin məbləği artırlır
Fevral ayında minimum pensiya məbləği artırılaraq 280 manatdan 320 manatadək çatdırılacaq.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, aşağı pensiyalarda 14.3 faizlik artım orta pensiya məbləği ilə yanaşı dəfn üçün müavinətin məbləğinə də təsir göstərəcək.
"Belə ki, dəfn üçün müavinət dövlət qulluqçularına ömürlük, yaşa, əlilliyə və ailə başçısını itirməyə görə verilən müavinətlərdən biri təyin edilmiş, “İşsizlikdən sığorta haqqında” qanuna uyğun olaraq işsizlikdən sığorta ödənişini alan və sığortaolnan şəxslərə də ödənilir. Mövcud qanunvericiliyə əsasən sığortaolunan şəxs vəfat etdikdə - 500 manat, əmək pensiyaçıları vəfat etdikdə isə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində ödəniş edilir.
Bu o deməkdir ki, əmək pensiyaçı vəfat etdikdə dəfn üçün müavinət gələn ay 840 (280 manat X 3) manatdan 960 (320 manat X 3) manata yüksələcək. Bütövlükdə, hər iki istiqamətdə dəfn üçün müavinətin daha da artırılması müzakirə edilən məsələlərdəndir. Fiskal gəlirlərə uyğun olaraq bu istiqamətdə artımlar həyata keçirilir".
Digər Xəbərlər
16 Dekabr 2025 19:39
Azərbaycan bu ölkələrlə yeni nəqliyyat marşrutu yaratmağı planlaşdırır
16 Dekabr 2025 16:56
Çinlə ticarət dövriyyəsi 4 milyard dolları ötdü
16 Dekabr 2025 15:13
Vergi Məcəlləsində elektron siqaretlərlə bağlı dəyişiklik
16 Dekabr 2025 15:08
Nikotin tərkibli elektron siqaretlər tütün məmulatı hesab ediləcək
16 Dekabr 2025 13:13
İşəgötürən işçini razılığı olmadan məzuniyyətə göndərə biləcək
16 Dekabr 2025 13:13
Məzuniyyətə çıxan işçilərin maaşının ödənilməsi ilə bağlı yeni qayda
16 Dekabr 2025 13:12
İş yerində bu şəxslərin ixtisara salınması mümkün olacaq
16 Dekabr 2025 13:11


Bakı -°C

