adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
08 Iyun 2018 12:59
11450
MƏMLƏKƏT

Gələcəyimizi “ağ ölüm”dən qoruyaq

Bu gün bütün dünyanın probleminə çevrilən "ağölüm”lə mübarizə təkcə hüquq-mühafizə əməkdaşlarının işi deyil, həm də hər birşüurlu vətəndaşın üzərinə düşən missiyadır. Məhz bu missiyanın mahiyyətini şərhetmək, onu konkret faktlar və qanunun müvafiq maddələrinə uyğun şəkildəictimaiyyətə çatdırmaq üçün Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə Suraxanırayonu ərazisində də polis əməkdaşları ardıcıl tədbirlər həyata keçirirlər.

Bu məqsədləkeçirilən növbəti tədbir Suraxanı rayonu Hövsan qəsəbəsi 281saylı tam orta məktəbdə baş tutub.

Tədbirlərdəçıxış edən Suraxanı Rayon Polis İdarəsinin rəisi, polis polkovnikiNamiq Həsənov vurğulayıb ki, bu gün bütün ölkəmizdə, o cümlədən də Suraxanıda narkomaniyaya qarşı davamlıişlər aparılır: "Həm ölkə prezidenti cənab İlham Əliyevin, həm də Azərbaycanın daxili işlər naziri,general-polkovnik Ramil Usubov cənablarının birmənalı şəkildə qarşıya qoyduğuvəzifələrdən biri də ölkə əhalisini, xüsusilə yeniyetmə gəncləri və məktəblilərimaarifləndirib, onların sağlam həyat tərzinin təmin olunmasına yardım etməkdir.Məhz bu məqsədlə də rayon polis şöbəsinin müvafiq əməkdaşları davamlı şəkildəgörüşlər keçirir, tədbirlər keçirir və hər kəsə "ağ ölüm”ün gətirdiyibəlaları izah edirlər. Bugünkü görüşümüzdə də biz bu bəlalardan danışacağıq”.


N.Həsənovqeyd edib ki, aparılan məqsədyönlü tədbirlər nəticəsində Suraxanıda narkotikvasitələrin və psixotrop maddələrin dövriyyəsi əvvəlki illərlə müqayisədə xeyliaşağı düşüb. Onun sözlərinə görə, bunun əsas səbəblərindən biri rayonərazisində aparılan maarifləndirmə işi, həmçinin "qaynar xətt”inyaradılmasıdır: "Həyat göstərir ki, bu görüşlər iştirakçılara öz müsbəttəsirini göstərir, onların "ağ ölüm”dən uzaq durmasına yetərincə təsiredir. Ona görə də biz bu istiqamətdə işlərimizi bundan sonra da davametdirəcəyik”.