FÜZULİ ŞƏHƏRİNDƏ GÖRÜŞ

Hazırda Qarabağda çox böyük tikinti işləri gedir və məcburi köçkünlər yavaş-yavaş doğma yurdlarına qayıdırlar.
Füzuli şəhərinə də 3 min sakin köçüb. Çox abad və hər cürə şəraiti olan evlərdən artıq gülüş səsləri, uşaq qığıltıları eşidilir. Məktəb və uşaq bağçası da hazırdır, indi yeni Mərkəzi xəstəxana tikilir.
Millət vəkili Aqil Abbas sentyabrın 6-da Füzuli şəhərində olub, öz yurdlarına qayıdan sakinlərlə görüşüb. Sakinlərin problemlərini dinləyib, həmin problemləri lazımi təşkilatlara çatdıracağını deyib. Füzuli şəhərinin gələcəyi haqqında fikir mübadiləsi olub. Sakinlər millət vəkilindən onlara yaradılan bu gözəl şərait üçün respublikanın prezidenti Cənab İlham Əliyevə minnətdarlıqlarını çatdırmalarını xahiş ediblər.
Digər Xəbərlər

Hesablama Palatası bu qurumda nöqsanlar aşkarladı

AYNA aeroport ərazisinə daxil olan taksilərlə bağlı məsələyə münasibət bildirib

Komandan: Nazirin hərbi rütbəni bir pillə aşağı salmaq səlahiyyəti olmalıdır

Onlar da polisin vəzifələrini icra edəcək

“Daxili qoşunlar haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb

Ordumuzun çinli əsgəri - VİDEO

Daxili qoşunların hərbçilərinin və ailələrinin ünvanı gizli olacaq
