Daxili qoşunların hərbçilərinin və ailələrinin ünvanı gizli olacaq

Daxili qoşunların hərbi qulluqçularının və onların ailə üzvlərinin xidmət və yaşayış yeri barədə məlumatların mediada, o cümlədən internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılmasına yol verilməyəcək.
Adalet.az xəbər verir ki, bu, yeni hazırlanan "Azərbaycan Respublikasının daxili qoşunları haqqında" qanun layihəsində öz əksini tapıb.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin payız sessiyası üzrə bu gün keçirilən ilk iclasında müzakirəyə çıxarılan qanun layihəsinə əsasən, daxili qoşunların xidməti fəaliyyəti barədə məlumat yalnız daxili qoşunlar komandanının razılığı ilə verilə biləcək.
Digər Xəbərlər

Hesablama Palatası bu qurumda nöqsanlar aşkarladı

AYNA aeroport ərazisinə daxil olan taksilərlə bağlı məsələyə münasibət bildirib

Komandan: Nazirin hərbi rütbəni bir pillə aşağı salmaq səlahiyyəti olmalıdır
