Futbol davasında saxlanılan şəxsin qorxunc paylaşımı: “Sarı-qırmızı geyinən hər kəs bir gün öləcək”
Türkiyə “Spor Toto” 1-ci Liqasında “Göztepe” - “Altay” komandaları arasındakı oyunda baş verən hadisə ilə bağlı yeni faktlar məlum olub.
Hadisənin başlamasına səbəb olan tüstü və işarət fişəngini bel çantasında stadiona gətirən özəl təcili yardım maşınının sürücüsünün illər öncəki sosial şəbəkə paylaşımları ortaya çıxıb.
Belə ki, sosial şəbəkə hesabında özünü “Altay” tribunasının baş meneceri kimi təqdim edən sürücünün yeddi il əvvəl paylaşdığı fotoya verdiyi şərh diqqət çəkib. “Sarı-qırmızı geyinən hər kəs bir gün öləcək”, - deyə o, şərhdə qeyd edib.
Xatırladaq ki, “Göztepe”-“Altay” oyununun 22-ci dəqiqəsindən sonra “Altay” tribunalarından “Göztepe” azarkeşlərinə fişənglər atılıb. “Göztepe” tribunasında bəzi azarkeşlər yaralanıblar.
Həmçinin “Göztepe” tərəfdarlarından biri korner dirəyi ilə “Altay”ın qapıçısına hücum edib.
Hadisəni törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.
Digər Xəbərlər
06 Noyabr 2025 15:00
Qurban Qurbanov bu göstəricidə təkdir
06 Noyabr 2025 14:49
"Qarabağ"da ciddi itki - Kadi 2 ay oynamayacaq
06 Noyabr 2025 13:39
Azərbaycanın U-19 millisinin heyətində dəyişiklik edildi
06 Noyabr 2025 13:17
“Qarabağ”ın avrokuboklar statistikası - 200 oyuna 250 qol
06 Noyabr 2025 12:05
"Neftçi" klubu 2500 manat cərimələndi
06 Noyabr 2025 10:01
Çempionlar Liqası: "Qalatasaray" qələbə qazandı, "Barsa" xal itirdi - VİDEO
06 Noyabr 2025 09:30
“Azərbaycan futbol tarixində ən ləzzətli oyunlardan biri idi” - VİDEO
05 Noyabr 2025 23:50


Bakı -°C

