Türkiyə bu hadisədən danışır - Vəzifəli şəxsin qaçırılma anı
Türkiyədə iyunun 17-si İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) mədəniyyət şirkətinin baş direktor müavini Erhan Karaal qaçırılıb.
Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, bu gün Tuzlada yerləşən tikinti sahəsində, prefabrik konstruksiyalar zavodunda əlləri bağlı şəkildə tapılıb.
Karaalın İstanbulun Maltepe bələdiyyəsində evinin qarşısından qaçırılması ilə bağlı başladılan istintaq çərçivəsində 8 nəfər saxlanılıb.
Saxlanılan şəxslərdən biri əvvəllər çalışdığı yerdən çıxarılan şəxs, ikisi isə əvvəllər İBB ilə əməkdaşlıq edən podratçı şirkətin 2 əməkdaşı olub. Həmin şəxslərin Yerebatan Sarnıcının Mədəniyyət Nazirliyinə verilməsindən sonra tender ala bilmədiyi və yeni tenderlərin verilməsi üçün Erhan Karaala təzyiq etdiyi müəyyən olunub.
Bundan başqa, E.Karaalın qaçırılmasının təhlükəsizlik kamerası vasitəsilə çəkilmiş görüntüləri ortaya çıxıb. Görüntülərdə 3 nəfərin onun qarşısını kəsdiyi, qollarından tutub zorla avtomobilə mindirdiyi görünür.
Sözügedən video Türkiyə gündəmini zəbt edib.
Digər Xəbərlər
20 Iyun 2026 18:01
Tramp Meloni ilə dostluq etməyəcəyini açıqladı
20 Iyun 2026 15:57
Fransada rekord istilər - 60 vilayətdə narıncı xəbərdarlıq
20 Iyun 2026 12:50
“Ukraynanın Aİ-yə üzvlüyü Polşa kənd təsərrüfatı üçün təhlükədir”
20 Iyun 2026 10:09
Bu da Trampın yeni “uçan saray”ı - VİDEO
20 Iyun 2026 10:02
“Ukrayna Rusiya ilə danışıqları yenidən bərpa edə bilər” - Zelenski
20 Iyun 2026 09:59
İrandan razılaşmalara dair - Xəbərdarlıq
19 Iyun 2026 18:11
Trampın Meloniyə hörmətsizliyinə görə ABŞ səfəri ləğv edildi
19 Iyun 2026 17:39


Bakı -°C

