adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
04 Sentyabr 2019 15:01
25205
İDMAN

FOQTS DEYƏSƏN HARDASA İT DÖYÜR

Axtarıb-arayıb hardansaAzərbaycan çempionatından zəif olan Moldovaçempionatından bir Bordin tapdılar, gətirdilər bəh-bəhlə«Neftçi»yə baş məşqçi. O da pampersinibatırdı. İndi oxuyuram ki, Yunanıstanın hansısa məşhurkomandalarından biri, deyəsən adı «Appolon»du, ona minnətçidüşüb ki, gəl bizə. Belə nağıllarıçox oxumuşuq. Bir Foqtsumuz vardı ey, guya kişi dünyalideriydi, milli komandamızı pis günəqoyub getdi. Elə orda-burda müsahibə verirdi ki, guya onu «Barselona» çağırır, «Real»çağırır, «Yuventus» çağırır, nə bilim İngiltərənin milli komandası çağırır, amma bizi sevdiyindən getmək istəmir. Yəni qaraçı filan yerini təriflədiyi kimi, özünü qaldırıb qoymuşdu göyün başına.

İndi hardasa it döyür.

Bordin, saa qurban olum, get «Appolona».Sən dədəyin göru, get «Appolona». Qoy «Neftçi»yəbu komanda üçün ağlayan bir milli məşqçimiz gəlsin.

İstəyirsən «Appolona» getmək üçünbir məclis təşkil elə, gələk ora pul yazdıraq.