Firuz Mustafa: “Süpürgəçiyə də, qapıçıya da mənzil düşür...”

Xəbər verdiyimiz kimi Azərbaycan Yazıçılar Birliyinin bir qrup yazıçıya mənzil hədiyyə etməsindən sonra narazılıqlar başlayıb.
Mənzil alan şəxslərdən biri də Əməkdar incəsənət xadimi Firuz Mustafadır. F.Mustafa Adalet.az-a açıqlamasında narazılıqların təbii olduğunu bildirib:
“Allah eləsin hamıya mənzil versinlər. Ulucaya da, o biri yazarlara da, hətta süpürgəçiyə də mənzil düşür hansı ki, axşama kimi oranı süpürür, qapıçıya da mənzil düşür. Mən o bölgüdə iştirak etməmişəm. Onsuz da Əliyə mənzil versələr, Vəli narazı olacaq. Həmişə belə olub. Hətta jurnalistlərə 600-ə yaxın mənzil verdilər və orda da narazılıq yarandı. Amma indi bir də var ki, 20-21 adama mənzil verilib. Məncə, mənzil verilməsində ədalət prinsipi gözlənilib. Düzdü, siyahıda texniki işçilər də var və onlar da on illərdir ki, işləyirlər və onların da yaşamaq hüququ var.
Qaldı ki, məni tanıyanlar bilir ki, nə Sovet dönəmində, nə ondan sonrakı müstəqillik dövründə mənim evim olmayıb. Düzdü, küçədə yaşamamışıq. Hamı bilir ki, mənim evim yoxdur, uzun illər kirayədə yaşadım, sonra qardaşımın evində qaldım”-deyə yazıçı bildirib.
Vasif Əlihüseyn
Digər Xəbərlər

“Ağrısız dünya” günü

Cismlər sözlərdə donanda…- Əntiqə Kərimzadə yazır

Sözün zirvəsinə boy verən şair…

Məmməd Araz: "Ayağa dur Azərbaycan" - VİDEO

M. Şəhriyar və M. Araz poeziyasında milli dəyərlərin təbliği - Esmira İsmayılova yazır

Şəfəq Vilayətqızının ŞEİRLƏRİ

“Əli Səmid Kür də istedadının qədrini bilsəydi, canına yazığı gəlsəydi...”
