adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
10 Iyun 2019 17:51
21966
ƏDƏBİYYAT

Fikrət Sadıq: Sarı torpaq

Eşit məni, məşhurməhlə Sarı torpaq!

Cövhərin haqq -yarı şeir, yarı torpaq.

Tarix şahid, nəbəlalar çəkib başın,

Yadına sal,zarı-zarı, zarı, torpaq!

Çox yadlarınyürüşünə sinə gərdin,

Qala - torpaq, səngər- torpaq, barı - torpaq!

Adamların şirindilli olub - burda

Əsrlərcə balyetirib arı - torpaq!

Böyük, dahişairlərin fəxrin - sənin,

Ulu- torpaq, uca - torpaq, Tanrı - torpaq!

Sakinlərləata-ana qılıqlısan,

Çətingündə qoca - torpaq, qarı - torpaq.

Gecələricəhd edirəm, səni görüm,

Burdanbaxsın üzüm sənə sarı - torpaq.

Hal-əhvaltutmaq

Gözünaydın, nə var, nə yox?

Oralarda,buralarda.

Azdaçox var, çoxda az var,

Oralarda,buralarda.

Çoxunçoxusu haramdı,

Hörmətdi,ehtiramdı.

Çoxlap, çoxdan haqqı dandı,

Oralarda,buralarda.

Azilə çox iki düşmən,

Biriarıq, biri şişman.

Oda peşman, bu da peşman,

Oralarda,buralarda.

Birixeyir, biri şərdi,

Busınıxar, o şişərdi.

İkisidə bir bəşərdi,

Oralarda,buralarda.

Durubsoruşma bu nədi?

Buneynədi, o neynədi?

Biri- birinin eynidi

Oralarda! Buralar da!

Tumurcuq

Tumurcuq- şair Fikrətə

Səhərtezdən elədi zəng.

"Birgün de, bir vaxt elə,

Gələksənə baş çəkək".

Oyatdınməni, tumurcuq!

Bəs,nə əcəb

əbrişim,palıd, çinar

Məniyada salmadılar?

Onlarındaha çox

haqlarıvar.

Sənbelə balaca

əlboydaca - körpə

beləzərif, belə kövrək?

Əvvəlağaclara baxdım,

sonrasənə baxdım.

Sənonlardan uca göründün.

Sənmənim ovcumda indi

quşkimi çırpınan - ürək!

İnsanlarda sənə oxşasaydılar?!

Belələridə var, çox az,

Bir-iki,adda-budda, tək-tək.

Qarışıb

İndisaat neçədi?

Gündüz- gecə qarışıb.

Şeiryaza bilmirəm,

Əruz- heca qarışıb.

Gözəgirən qafiyə,

Çəkilibdiqafilə.

Milçəkoxşayır filə,

Sözlərnecə qarışıb.

Bunecə haydı-küydü,

Bilmirsənyasdı-toydu.

Adamlar bəstəboydu,

Gödək-ucaqarışıb.

Göz açandanduyuruq.

Bilsin dəqaraguruh.

Mərd olanı əyməzruh,

Cavan-qocaqarışıb.

Tapılmır ağvarağı

Yazıbqaralamağı...

Şair neyləsin,axı.

Hamar-hacaqarışıb.

Bilmədim, axı

Günü - gecə-gündüz,ili - ehtiyac,

Ömür imiş, demə,bilmədim, axı.

İnsan dedikləriyanmış bir ağac,

Kömür imiş demə,bilmədim, axı.

Bu şıltaq həyatda- biz ağır kitab,

Sual çox, ammayox suala cavab.

Bu qədər əzabakim gətirər tab,

Dəmir imiş demə,bilmədim, axı.

Dünya özü boydaqapalı qəfəs,

Əsir-yesir olurqəfəsdə hər kəs.

Yerdə, suda,göydə bunca güclü səs -

Səmir imiş demə,bilmədim, axı.

Bu nə müsibətdi,varmı bir bilən,

Ya müqəvva imişyaşayıb - ölən.

Yaşamaq özü də səmadangələn,

Əmr imiş demə,bilmədim, axı.

Allah, saxlasonrasını

Soyuq - isti,isti - soyuq,

Allah, saxlasonrasını.

Sözə baxma, mənayabax!

Allah, saxlasonrasını.

Sözü keçən adamabax

And içib də dedibayaq

Ağa qara, qarayaağ,

Allah, saxlasonrasını.

Haqq qovuldu,qaldı nahaq.

Çör vurdu çöpəşapalaq.

Ayaq - baştutdu, baş - ayaq,

Allah, saxlasonrasını.

Göydən yağışyox, yağdı daş,

Hətta səma qaldıçaşbaş.

Buzlaq qum oldu,səhra yaş,

Allah, saxlasonrasını.

Tikan gülü qoydulağa,

Qurd-quş daraşdıbulağa.

İt başladıulamağa

Allah, saxlasonrasını.

Hanı

Fələk, zalım fələk,ay evlər yıxan!

Hanı MəmmədAslan, hanı Zəlimxan?

İnsanı ikiqatqatlayıb, sonra

Heç"uf" da demədən uzaqdan baxan.

Məgər yorulmadınöz əməlindən,

Bir kimsəqurtarmaz sənin əlindən.

Bir əlinqurursa, biri uçurur.

Dünya buymuş, eləta əvvəlindən.

İnsan nədir axı,bir ovuc torpaq,

Öləndən sonra datorpaq olacaq.

Hanı o möhtəşəmşəhərlər hanı?

Bəşər tarixinəbir də qayıt, bax!

Nə yaxşı sənətvar hələ dünyada,

Nə yarada bilsənqalacaq o da!

Sən heçsən, heç nədən,nə qalar, heç nə

Yenə də sənətdətəsəlli axtar!

Əyri - düz

Əyriynən düz,ekiz qardaş

Çaşdırıbdı bizi əyri.

Düz adama daşatır daş,

Bəyənməyir düzü əyri.

Uşaq yaşından həmişə,

Seyrə çıxmaq istəmişəm.

Mən belə yergörməmişəm,

Dağı hamar, düzüəyri.

Görməyən də mənidanlar,

Hardan gəlib buadamlar.

Ağaclarda buxislət var.

Bəzi şümal, bəziəyri.

Əyridən alıbsavadı.

Dincəlməyə yoxsaatı.

Düz oturub yalansatır,

Sandalı düz,mizi əyri.

Ha vuruşur, ha əlləşir,

Hər gün bir nəhsişə düşür.

Od tutur, yanır,alışır,

Ocağı - gur,közü - əyri.

Düzü görəndə korolur,

Nə utanır, nə yorulur.

İstəsə düppədüzdurur,

Yerişi düz, izi əyri.

Haraylı - gəraylı

Otaq soyuq, mütəkkəyox,

Hara söykəyimbelimi.

Səsimi eşidənvarmı?

Kimə uzadım əlimi.

Nəvə şirin,övlad şirin.

Öddən acı, həyatşirin.

İstəmədən get -yat şirin.

Kim çağırdı buölümü.

Qalmayıbdı taqətdaha,

Qoca zəif - dərdəjdaha.

Məni aparmauzağa,

Zülümdü çəkməkzülümü.

Çox görmüşəm dönə-dönə,

Bu yol havalandıyenə.

Axı kimin ümidinə

Qoyum obamı,elimi?

GÜN ÇIX-GÜN BAT

Harda olsam

dan söküləndə,

gün çıxanda,

Mən də yenidən

doğuluram,

dünyaya gəlirəm elə bil.

İllah da ki, gün

dağın dalından boylana,

dənizin dibindən çıxa.

***

Harda olsam

şər qarışanda,

gün batanda,

Mən də birdən-birə

yerə çökürəm,

ölürəm elə bil.

İllah da ki, gün

dağın dalındagizlənə,

dənizin dibindəbata.

KƏRƏM OL

Kərəm!

Eşitdim

gəlirsən.

Amma, bu kərə,

Kərəm ol birdaha.

Sevmə Əslini.

Gəncədə Əsliyoxdur ta!

Gəl, əvvəlcəXocalını gör.

Tanı əclinin əslini.

Sonra özün bilərsən,

İstəsən, gələrsən.

TÖVBƏ QAPISI

Dünyada, təkibir fərd

tövbə edəntapılsın.

Göyə baxsın,açıqdır

göyün tövbəqapısı.

***

Bu məbəd gecə-gündüz

heç vaxtqapanmır əsla.

Tövbə edən,yaxın gəl,

Səni gözləyirAllah.

ŞAİR QABİL

Hanı gülər üzünsənin,

Hanı dəmir sözünsənin.

Şit şairlərçoxalıbdı,

Hanı dadın,duzun sənin.

***

Dağlarda varizin -sənin.

Dərdi yenəndözüm -sənin.

Şeirin -günəş zərrələri,

Sönməzodun-közün sənin.

***

Görükməyən hüsnsənin.

Söz ver mənə,izn sənin.

O,"qızılgül satan" - sağdır,

Bu- çox sürənhüzn -sənin.

Şairə xas əzm -sənin.

Səndən ucaözün-sənin.

Qəddar Vaxtınqarşısında

Qatdanmadı dizinsənin.

YENƏ DƏ SABİR

Əlimi kəsirsən,

deyirsən -"tərpənmə!"

Dilimi kəsirsən

deyirsən -"sus, dinmə!"

Yanıram, üstümə

su da çiləmirsən,

deyirsən -"yan, sönmə!"

Donuram, üstümə

qartopu atırsan,

deyirsən -"isinmə!"

***

Zalım dünya, bunca

əzab olmaz, axı!

Hamı olsa haqqın

bədbəxt qalmaz,axı!

Sevincdənqışqırsam

məni də bir görən,

eşidən tapılar.

Bir günlük dəolsa

açılar taybatay

o paslı qapılar.

SUAL-CAVAB

- Gəldim.

Dünyanı gördüm.

Qəlbimi sardı,

Odlu bir sual.

- Cavabına

O gördüyündünyadan

Heç nə, tək bir

İçim su al!

BİR YERDƏDİR

Əsl dünya imişbu!

Cənnət də, cəhənnəmdə.

İnsan beləaldanır,

Cənnətdə, cəhənnəmdə.

İkisi bir yerdədir,

Cənnət də, cəhənnəmdə.

Yaşayırıq yerdəbiz-

Cənnətdə, cəhənnəmdə.

QİSMƏT

Hər kəsin qismətigələndə bölünür.

Kiminə qoşaovuc, kiminə tək ovuc.

Kim nə miqdarolsa əzəldən bilinir

Kiminə qoşaovuc, kiminə tək ovuc.

***

Çox olan çoxyedi, az olan az yedi.

Çox olan gizlədi,az olan gözlədi.

Göydən də bir mələkbunları izlədi.

Kiminə qoşaovuc, kiminə tək ovuc.

***

Naşükür doymadı,artmağa cəhd etdi.

Durdu, zor işlətdi,zor əydi düz xətti.

Tanrıya ağ oldu,aləmi titrətdi.

Kiminə qoşaovuc, kiminə tək ovuc.

XEYİR VƏ ŞƏR

Xeyirdə xalisxeyir,

Şərdə də tamxalis şər.

Bir bilən varmıgörən,

Nə qədərdir, nəqədər?!

Xeyrin zərifsaçağı

Qarışıb şərəseyrək.

Şərin zəifsaçağı.

İlişib xeyrə tək-tək.

***

Nə qədər ki,dünyada

Xeyir də var, şərdə var.

Deməli, dünya davar.

Dünyada bəşər dəvar.