Prezident: “Azərbaycanda mədəniyyətlərarası dialoq hər zaman müsbət olub”
“Azərbaycan cəmiyyətində sülhün, sabitliyin, həmrəyliyin amillərindən biri məhz mədəni müxtəliflik və qarşılıqlı hörmətlə bağlıdır”.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında bildirib.
“Azərbaycan daxilində mədəniyyətlərarası dialoq hər zaman müsbət olub”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, biz bunu gündəlik həyatımızda nümayiş etdirmişik.
Prezident qeyd edib ki, multikulturalizm Azərbaycan vətəndaşları üçün hər hansı abstrakt məfhum deyil, həyat tərzidir.
Digər Xəbərlər
21 May 2024 15:16
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
21 May 2024 14:46"Sərhədlərin demarkasiyası 1976-cı il xəritələri ilə davam etdiriləcək" - Simonyan
21 May 2024 14:45Ülvi Quliyev qəbul keçirib
21 May 2024 13:45"Əfsuslar olsun ki, gələcək layihələrin icrasını görmək ona nəsib olmadı" - Dövlət başçısı
21 May 2024 13:42