adalet.az header logo
  • Bakı -°C
18 Avqust 2026 11:07
66
MƏMLƏKƏT
A- A+

FHN silsilə maarifləndirmə tədbirləri keçirdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Adalet.az xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.

Bildirilib ki, nazirliyin Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi (RM) tərəfindən Nərimanov rayonu Uşaq Klinik Xəstəxanasında, 4 nömrəli Şəhər Poliklinikasında, Xətai rayonu 7 nömrəli Şəhər Poliklinikasında, Binəqədi rayonu 21 nömrəli Uşaq Poliklinikasında, Sabunçu rayonu 12 nömrəli Şəhər Poliklinikasında və 2 nömrəli Doğum Evində, Gəncə RM tərəfindən Daşkəsən şəhər 5 nömrəli körpələr evi-uşaq bağçasında, Gəncə şəhər Kardioloji Xəstəxanasında və Gəncə şəhər Endokrinoloji Xəstəxanasında, Sumqayıt RM tərəfindən Abşeron rayonu Qobu qəsəbə 16 nömrəli körpələr evi uşaq-bağçasında və “H.Z.Tağıyev” xilasetmə məntəqəsinin ərazisində, Şimal RM tərəfindən Şabran rayonu Ağalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində, Aran RM tərəfindən Mingəçevir şəhər 1 nömrəli körpələr evi-uşaq bağçasında və Naftalan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində, Şimal-Qərb RM tərəfindən Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.