8 ay əvvəl qəzalı vəziyyətə düşmüş körpü hələ də bərpa edilməyib - VİDEO
Sabirabad rayonunun ən ucqar kəndlərindən biri olan Sarxanbəylidə ötən ilin dekabrında baş vermiş hadisənin fəsadları hələ də aradan qaldırılmayıb. Söhbət 2-ci küryan kollektoru üzərində yerləşən körpünün uçmasından gedir.
Adalet.az xəbər verir ki, hadisə nəticəsində pambıqyığan kombayn aşaraq su kanalına düşmüşdü. Artıq avqust ayı olmasına baxmayaraq sözügedən körpü qəzalı vəziyyətdə qalır. Bu isə sakinləri ciddi narahat edir. Onların sözlərinə görə, körpü uçduqdan sonra aidiyyəti qurumlar alternativ yolun çəkiləcəyini də bildirib.
Sakinlər deyirlər ki, bu körpü təkcə Sarxanbəyli kəndi deyil, bir neçə yaşayış məntəqəsinin əhalisi üçün həyati əhəmiyyət daşıyır. Şirvan və Salyan istiqamətinə getmək üçün məhz bu körpüdən istifadə edirdilər.
Məsələ ilə bağlı Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsindən "Xəzər Xəbər"ə bildirildi ki, körpünün bərpası üçün yuxarı təşkilatlara məlumat verilib və smeta da ayrılıb. Yaxın günlərdə ərziyə texnikalar gətirilərək körpünün tikintisinə başlanılacaq.
Digər Xəbərlər
09 Sentyabr 2026 16:58
“Subsidiyaya əsl dəstəyə ehtiyacı olanlar 20, 30, 50 baş heyvan saxlayan kəndlilərdir”
09 Sentyabr 2026 12:53
Bakının hansı rayonunda daha çox insan yaşayır?
09 Sentyabr 2026 10:39
Bağçaya növbəyə yazılma prosesinə başlanılır - BU TARİXDƏN
09 Sentyabr 2026 10:31
FHN tədbir keçirdi - VİDEO
09 Sentyabr 2026 09:00
Yol qaşındı, amma asfalt salınmadı...
08 Sentyabr 2026 16:58
Bakıda hər yağışdan sonra eyni mənzərə: Problemin səbəbi nədir?
08 Sentyabr 2026 14:50
1100-dən çox kişiyə ödənişli atalıq məzuniyyəti verildi
08 Sentyabr 2026 11:14


Bakı -°C

