adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
13 Noyabr 2018 18:00
5157
HADİSƏ

FHN Şimal Elektrik Stansiyasındakı yanğınla bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Şimal Elektrik Stansiyasındakı yanğınla bağlı məlumat yayıb.

Adalet.az-ın FHN-nijn saytına istinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonu, Şüvalan qəsəbəsində yerləşən Şimal Elektrik Stansiyasının ərazisində ehtiyatda olan transformatorda yanğın olması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri qeyd olunan ünvana cəlb olunub.

Həyata keçirilmiş operativ tədbirlər nəticəsində yanğın söndürülüb.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin digər rəhbər şəxsləri baş vermiş yanğınla əlaqədar hadisə yerinə gəliblər.​