FHN müsabiqə ELAN ETDİ
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti çimərlik mövsümü ilə əlaqədar olaraq müqavilə əsasında matros-xilasedici vəzifəsinə müsabiqə elan edir.
Adalet.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Bildirilib ki, 2024-cü ilin çimərlik mövsümü ərzində vakant matros-xilasedici vəzifələri üzrə keçiriləcək müsabiqədə (kişilər üçün) 18-40 yaşlarında, Azərbaycan dilini sərbəst bilən, fiziki cəhətdən sağlam, müddətli hərbi xidmət keçmiş, sözügedən peşənin tələblərinə uyğun hazırlığı olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyən şəxslər ərizə ilə müraciət edərək aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
- şəxsiyyət vəsiqəsi;
- əmək kitabçası (olanlar üçün);
-tam orta təhsil və ya orta ixtisas təhsili haqqında sənəd;
- sağlamlıq haqqında arayış (qeydiyyatda olduğu ərazi üzrə tibb müəssisəsindən);
- 3x4 ölçüdə qırmızı fonda 2 ədəd fotoşəkil.
Fiziki hazırlıq səviyyəsi və üzgüçülük bacarıqları müəyyən olunmuş normativlərə cavab verən namizədlər müsahibə mərhələsinə buraxılacaqlar.
Qeyd edək ki, sənədlər 2024-cü il aprel ayının 15-dən etibarən hər gün (istirahət və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev, 26 ünvanında yerləşən Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində qəbul edilir.
Digər Xəbərlər
06 Aprel 2026 18:51
Tbilisidə Mehriban Əliyevanın şərəfinə lanç verilib - FOTOLAR
06 Aprel 2026 18:23
Sürücülərə və şagirdlərə MÜRACİƏT
06 Aprel 2026 17:48
Xəyanət etmək 20 min manata başa gələcək - Yeni qərar
06 Aprel 2026 17:22
Azər Maqsudov amnistiyaya düşdü
06 Aprel 2026 17:03
Azərbaycan və Türkiyə arasında insan haqları istiqamətində əməkdaşlıq müzakirə edilib
06 Aprel 2026 16:43
Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub - FOTO
06 Aprel 2026 16:34
Həmin ev söküldü, xəttin bərpası işlərinə başlanıldı - VİDEO
06 Aprel 2026 12:49


Bakı -°C

