adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
26 Yanvar 2020 12:40
9266
HADİSƏ

FHN İsmayıllıda baş verən qəza ilə bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə İsmayıllı rayonunda "Mercedes” markalı sərnişin avtobusu və "VAZ” markalı minik avtomobili toqquşması barədə məlumat daxil olub.

Nazirlikdən Adalet.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri "VAZ” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 2 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.