FHN əhaliyə müraciət etdi
Fövqəladə Hallar Nazirliyi (FHN) bayram günlərində avtomobillərin nizamsız parklanması ilə bağlı əhaliyə müraciət edib.
Adalet.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, Novruz və Ramazan bayramları ilə əlaqədar elan edilmiş ardıcıl bir neçə qeyri-iş günü ərzində vətəndaşlar avtonəqliyyat vasitələrini, əsasən binaların həyətyanı sahələrində və ya ətrafında park edirlər:
"Müşahidələrə, habelə həyata keçirilən yanğın-xilasetmə əməliyyatlarının ümumi təhlilinə əsasən təəssüflə qeyd edilməlidir ki, bir sıra hallarda pərakəndə şəkildə, binaların girişlərində və həyətlərində, avtomobil yollarının hərəkət hissəsində və ya yanğına qarşı su təchizatı sistemlərinin bilavasitə yaxınlığında nizamsız park edilmiş avtomobillər fövqəladə hadisə zamanı yanğınsöndürmə, xilasetmə və digər iriqabaritli xüsusi təyinatlı nəqliyyat vasitələrinin operativ hərəkətinə və çevik döyüş vəziyyətinə gətirilməsinə maneə yaradır, habelə yanğınların söndürülməsi zamanı su hovuzları və hidrantlardan suyun götürülməsini çətinləşdirir, bəzi hallarda isə mümkünsüz edir".
Müraciətdə qeyd olunub ki, yanğın və digər fövqəladə hadisələr zamanı yanğınsöndürmə və xilasetmə avtomobillərinin, digər iriqabaritli xüsusi təyinatlı texnikaların binalara maneəsiz yaxınlaşması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektli keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün avtomobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir.
Digər Xəbərlər
14 Mart 2026 19:46
Ramazanın 25-ci günü: dua, imsak və iftar vaxtı...
14 Mart 2026 16:53
Azərbaycanda daha bir dövlət qurumu ləğv edildi
14 Mart 2026 15:29
Pakistanlı diplomat İrandan ölkəmizə təxliyə olundu
13 Mart 2026 19:54
Ramazanın 24-cü günü: Dua, imsak və iftar vaxtı
13 Mart 2026 19:01
Küçədə elektron siqaret çəkənlər cərimələnəcək - TƏSDİQLƏNDİ
13 Mart 2026 17:53
Kamran Əliyev ağac əkdi - FOTO
13 Mart 2026 17:36
“Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
13 Mart 2026 17:12


Bakı -°C

