adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
17 Aprel 2014 12:20
5075
SİYASƏT

Fazil Mustafa nazirliklərə məsləhət verdi

Millət vəkili Fazil MustafaAzərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mərkəzi Nəbatat bağındaçıxarılan ağaclarla bağlı verdiyi açıqlamadan sitat çıxararaq nazirliyi tənqidedib. 


"Ekologiya və Təbii Sərvətlər Nazirliyindənprezidentin ağacların kəsilməsi ilə bağlı çıxışına verilən reaksiyadakı absurdadiqqət yetirin: 
"Ağacları gecələr kəsirlər...”. 

Millətvəkili nazirliklərə məsləhətini də verib:"Demək ki, gecələr hər kəs istədiyini edə bilər vəqarşısını almaq mexanizmləri yoxdur. Bu məntiqlə gərək Müdafiə Nazirliyi açıqlama versinki, ölkəyə düşmən gecə hücum etdiyinə görə bir şey edə bilmədik. Daxili İşlərNazirliyi açıqlasın ki, cinayət gecə baş verdiyinə görə aça bilmədik. FövqəladəHallar Nazirliyi bildirsin ki, yanğın gecə olduğuna görə söndürə bilmədik.Nazirlik bilməlidir ki, dövlət həyatında rast gəlinən qanunazidd əməllərin gecəvə ya gündüz baş verməsi fərq etməz. Çünki insanlar 8 saat işləyirlər, dövlətisə 24 saat işləyir”.