adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
04 Sentyabr 2019 18:00
10699
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: YAZIQ ƏLƏT CAMAATI...

Bizimcamaat hər cür əziyyətə və əzaba qatlaşmağa öyrəşib. Yəni biz Avropada deyilikki, hər yerdə görək qayda-qanun var, kimsə bir başqasının hüququnu tapdamır. Vəbir də böyük Üzeyir bəyin sözü olmasın, vallah, bizə qayda-qanun yaraşmır. Bəsbizə nə yaraşır? Bizə yaraşan odur ki, qanunları tez-tez pozaq, gördüyümüzhaqsızlığıa göz yumaq, ya da bir başqası olmayanda arvad kimi oturub onun qeybətinieləyək. Bax, bunlar bizə yaman yaraşır...

Birigörür ki, kimisə təhqir eləyirlər, yaxud qocaya, xəstəyə avtobusda yer vermirlər.Səsini çıxarmır. Deyir ki, əşi, mənə nə, danışıb özümü pis adam eləyənə qədərdinməsəm yaxşıdı. Çünki deyəcəm qalx, qocaya yer ver, o cavan uşaq da abrımı ətəyiməbükəcək. Sonra da təyziqim qalxacaq, dərman içəcəm. Mənə lazımdı bu?!

Çox təəssüfki, çoxları belə düşünür. Amma nahaq yerə! Şəxsən bu sətirlərin müəllifikimliyindən asılı olmayaraq, harda haqsıqlıq eləyirsə, kimsə başqasınınhüququnu tapdayırsa, həmişə səsini ucaldır. Daha doğrusu, gördüyüm əyri-əskiliyi,qanunsuzluğu hansısa bir formada, hansısa bir üslubda çalışmışam ki, cəmiyyətəçatdırım. Tay buna cəmiyyət nə təhər baxır, özü bilər, o mənlik deyil. Mənlikolan odur ki, gördüyümü, eşitdiyimi, bildiyimi qələmə alıram.

Tez-tezictimai nəqliyyatdan, o cümlədən avtobusdan istifadə eləyirəm. Sentyabrın 6-dasəhər saat 8-də Bakıdan Ələtə gedən bir avtobusdan, daha doğrusu, 195 nömrəli marşrutdaişləyən avtobusdan istifadə elədim. Sözün düzü, həmin avtobusdan istifadə eləyənsərnişinlərə salona girəndən sonra lap yazığım gəldi. Belə ki, 10 TG 870 nömrəliavtobusun salonu çox çirkli idi. Hətta hiss olunurdu ki, axşamdan təmizlənməyib.Toz-torpaq və iki yerdə döşəməyə atılmış salfetka diqqətimi cəlb elədi.


Bir azda oturacaqlara nəzər yetirdim. Gördüm ki, oturacaqlar o qədər çirklidir ki, bəlkədə heç aylarla təmizlənmir. Bu da bir yana, ən qəribəsi o idi ki, oturacaqlarınbir neçəsi bıçaqla kəsilmişdi. Bunu da kim eləyir? Əlbəttə, əli dinc durmayan sərnişinlər.Həddindən artıq kəsilən yer böyük olduğuna görə, orda əyləşmək çox çətin idi.Düşündüm ki, bunların hamısını telefonun yaddaşına köçürmək lazımdı. Tənbəllikeləməyib döşəmənin, oturacaqların və ən nəhayət, kəsilmiş, doğranmış bir neçəoturacaq yerinin şəklini telefonun yaddaşına köçürdüm.

Hansıki, ayrı-ayrı marşrut sahibləri bildirirlər ki, avtobuslar axşam saatlarındaqaraja gəlir, orda salonu yuyub-təmizləyir də dizinfeksiya eləyirlər. Həttadeyilənlərə inansaq, səhər saatlarında avtobuslar texniki müayinədən keçirilirvə sürücülər həkimlərin nəzarəti ilə yoxlanılır.

Gərək buavtobus da o yoxlamalardan sonra təmiz olmalı idi. Ancaq biz avtobusunsalonunda təmizlikdən heç bir əsər-əlamət görmədik. Təbii ki, bu cür çirkli vətozlu-torpaqlı avtosda Ələtə gedən sərnişinlər hər cür xəstəliyə tutula bilər.Amma buna məhəl qoyan kimdir? Çox nahaq yerə, gərək məhəl qoysunlar.

Avtobusdakıbir neçə sərnişin də marşrutla bağlı narazılıqlarını bildirdilər. Məsələn,Nübar Əhmədova adlı bir sərnişin dedi ki, hələ bu avtobus o birilərinə baxandaşükür eləməlidir. Yəni o biri avtobuslar daha pis gündədir. Çox vaxtdayanacaqda durub gözləməkdən gözümüzün kökü saralır. Bəzən 40-45 dəqiqə gözləyirik,195 nömrəli marşrutda işləyən avtobuslar gəlib çıxmır. Bir də görürsən ki,avtobus yarı yolda xarab oldu. Və biz də düşüb o biri avtobusu gözləyirik. Obiri avtobus da gələ, gəlməyə.

Ümumiyyətlə,195 nömrəli marşrutda avtobuslarla Ələtə gedən sakinlər çox narazılıq eləyirlər.Onlar deyirlər ki, qışda soyuqdan donuruq,yayda da istidən boğuluruq. Üstəlik də avtobuslar köhnə olduğuna görə,tez-tez sıradan çıxır. Bax, bunu heç cürə başa düşmək olmur.

Ordakıbir neçə sərnişin dedi ki, qardaş, bizim dərdimizi Bakı Nəqliyyat Agentliyinəçatdır. Çünki qarşıdan payız və qış ayları gəlir. Heç olmasa bu il olmasa da, gələnil Ələtə gedəndə normal avtobuslarda əyləşək. Və biz də camaatın narazılığını vənarahatlığını qələmə alıb adiyyəti qurumun – Bakı Nəqliyyat Agentliyinin diqqətinəçatdırırıq. Çünki həmişə Bakı Nəqliyyat Agentliyinin məsul şəxsləri bildirirlərki, sərnişinlərə yüksək mədəni xidmət göstərməyən daşıyıcı şirkətlərin əlindəno avtobusları alıb daha çevik və keyfiyyətli xidmət göstərən şirkətlərəveririk. İndi buyurun, söz sizindi!

P.S.Yazıq Ələt camaatı, mən bir dəfə o marşrutdan istifadə elədim, cəhənnəmi gözümləgörüb birtəhər oldum. Siz hər gün belə tozlu-torpaqlı avtobuslardan necəistifadə eləyirsiniz? Deyirəm, daşıyıcı şirkətin sizə yazığı gəlməsə də, heçolmasa Allahın rəhmi gəlib sizi bu bəladan xilas eləsin!..