adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
10 Iyul 2019 14:20
20298
ƏDƏBİYYAT

Faiq QİSMƏTOĞLU: “KÖNÜL NƏĞMƏLƏRİ”

Əli VahidÇaylını uzun müddətdi tanıyıram. Çox səmimi və ziyalı bir insandı. Həm də ƏliVahid Çaylı ilə biz 6-cı mərtəbədə qonşuluq eləyirik. Qonşu kimi də dəyərli ziyalıdı.Tez-tez deyir ki, gəl oturaq bir stəkan çay içək. Bir istəkan çay içəndə dəyeni şeirlərini oxuyur, ya da təzə çapdan çıxmış kitabını hədiyyə eləyir. ƏliVahid Çaylının nə az, nə çox, düz 5 kitabı çapdan çıxıb.

Vəsonuncu dəfə çay içəndə də axırıncı çapdan çıxmış "Könül nəğmələri” kitabını mənəbağışladı. Dedi ki, vaxtın olsa və şeirlər xoşuna gəlsə bir-iki kəlmə yazarsan.Sözün düzü, heç mənim də vaxtım bir o qədər yox idi. Amma dostun sözünü yerəsalmadım və kitabı vərəqlədim. Bir-birindən gözəl və rəngarəng bayatılara, gəraylara, qoşmalara, rübailərə,aforizmlərə... rast gəldim.

Onun"Getdi”, "Mən”, "Şamaxınam”, "Bəlkə”, "Məni”, "Dünya”, "Bir gün”, "Nə var”,"Belə getsə”, "Qaçır”, "Qardaş”, "Yoxsa”, "Hayıf”, "Bu dünya”, "Dələduz”,"Agahdı Allaha”, "El qədrini bilək”, "Dönər”... şeirləri diqqətimizi çəkdi. Təbiiki, şeir yazmaq elə də asan deyil. Bunu hamıdan yaxşı şairlər bilirlər. Çünki mənşair deyiləm və ömrüm boyu da şeir yazmamışam. Ancaq şeir yazmasam da, yaxşı vəpis şeiri ayırmağı bacarıram. Onun "Hayıf” şerində belə bir bənd var:

... Oğraşlartəpəni dağ elədilər,

Dəyişibqaranı ağ elədilər,

Alimhikmət dedi, lağ elədilər,

Pərtolub onun tək sınana hayıf...

Bu gündünyanın mizan tərəzisi itib. Yəni alimin, şairin, ziyalının qiyməti bir o qədərdə bilinmir. Ən azından ona görə ki, bir çox vəzifələrdə iki eşşəyin arpasınıbölə bilməyən cahillər əyləşib və onlar da cəmiyyətə yuxarıdan aşağı baxır.Adamın ürəyi ağrıyır ki, bəs görəsən biz hara gedirik belə? Bu yol bizi haraaparır? Elə Əli Vahid Çaylının da ürəyini parçalayan, qəlbini yaralayan, içdünyasını narahat eləyən bu qaranlıq yoldu. Şair çalışır ki, bu qaranlıq yolaişıq salsın. İşıq sala bilirmi? Bunu oxucular deyə bilər.

Şairin beləbir şeiri də var: "Belə getsə”. Həmin şeirdən bir bəndi oxucuların diqqətinəçatdırırıq.

ƏliVahid Çaylı, gəl indi yaşa,

Arzular-diləklərçırpıldı daşa.

Oğrular,quldurlar çəkilir başa,

Əsirqalacaqdı düz, belə getsə.

Görünürşair Əli Vahid Çaylı tükü tükdən seçməyi də bacarır. Əsl şair odur ki, adiinsanların görə bilmədiyini görsün və şeirə çevirsin. Bu şair vətənin hərdaşını, hər qayasını, hər torpağını, hər gülünü, çiçəyini sevməyi bacarır. Və kədəriniçində də bir işıq axtarır. Düzdür, o işıq çox çətinliklə üzə çıxır. Ancaq ƏliVahid Çaylı özü işıqlı adam olduğu kimi, dünyada da işıq axtarır.

Onunşeirlərini oxuduqca kövrək notlarla yanaşı, nikbin anlar da tapmaq olur.İnanmırsınız, özünüz bilərsiniz?! Amma bu şair axtardığını gec-tez tapır. Bu daonun tapdığı məqam:


Arzulariçində seyrə çıxmışam,

Gecəli-gündüzlüsəfərdəyəm mən.

Gah ulaqbelində yük daşıyıram,

Gahqızıl yəhərli kəhərdəyəm mən.


Çaylıyam,ömrümdə etmərəm günah,

Günahıtörədən tamahdı, tamah.

Üzüməmüjdəylə açılır sabah,

Görürəm,nurlu bir səhərdəyəm mən.


Nə qədərgözəl və nə qədər də nikbin bir mənzərə! Kim istəməz ki, səhəri xeyrə açılsın?Kim istəməz ki, səhəri nurlu və işıqlı olsun! Əli Vahid Çaylının ürəyinin böyüklüyünə bir baxınki, bu millətə, bu xalqa hər səhərin xeyirli olmağını arzulayır. Səhərinizxeyirli olsun, ey gözəl dünyamız!..