adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
30 Oktyabr 2019 12:41
18101
ƏDƏBİYYAT

Faiq QİSMƏTOĞLU: Dərdi sevincindən böyük

Yazıçı-publisist NazirÇərkəzoğlu ilə uzun illərdi tanışam. Daha doğrusu, onunla tanışlığım müalicəxanalarınbirində yaranıb. Hər ikimiz həmin müalicəxanada müalicə olunurduq. Və ilktanışlıqdan da söhbətimiz çox səmimi alınıb. Bir balaca dərdləşəndə onun içdünyasını görmüşəm. Görmüşəm ki, o da mənim kimi torpağını itirib, vətənindənuzaq düşüb.

Düz 1993-cü ilinavqustun 23-də böyüyüb boya-başa çatdığı Cəbrayıl rayonunun Dağtumas kəndindənuzaq düşüb. Elə bu dərd də, bu kədər də həmişə onun qələmə aldığı müxtəlifjanrlı romanlarına, hekayələrinə, povestlərinə hopub. Və zaman-zaman bu dərd, bu kədər bədii yazıya çevrilib. O,"Ağbulağın göz yaşları", "Vahid Tumaslı dünyası", "Gəyəndüzü", "Gözləyəsi kimim var?!" kitablarını araya-ərsəyə gətirib.Bu kitabların hər biri insan qəlbinin və insan ürəyinin çırpıntısıdır desək,yanılmarıq. Nazir nə yazıbsa, nə qələmə alıbsa, hamısını ürəyinin atəşi, qəlbininsevgisiylə həyata gətirib. Və bu yazıların hər birində qəmli-kədərli bir insantaleyi, bir insan obrazı var.

Nazir Çərkəzoğlunubaşqalarından fərqləndirən həm də olduğu kimi görünməyi və səmimiyyətidir.İnanın, belə səmimi adamlar çox azdır. Onlar istəyirlər ki, öz dostuna,yoldaşlıq elədiyi adama gözünün yağını da yedirtsinlər. Nazirlə bir dəfə söhbəteləmək, bir dəfə yol-yoldaşı olmaq bəs eləyir ki, onun nurlu və işıqlı aləminitanıyasan. Bu yaxınlarda Nazir Çərkəzoğlunun yeni bir kitabı: "Fikrinaynası" işıq üzü görüb. Bu kitabda Nazir Çərkəzoğlunun publisistik əsərlərivə məqalələri toplanıb. Kitab iki hissədən ibarətdir. Birinci bölümdə o,müasirlərinə üz tutur, özünün əhatəsində olduğu hadisələrə toxunur, təsirləndiyiməqamları publisistikanın dilinə gətirir. İkinci hissədə isə müəllif təsirlənmələrinəks-sədası kimi səslənir, bu bölümdə ayrı-ayrı qələm sahiblərinin onun ünvanınadeyilənlər yer alıb.



Kitaba ön sözü filologiya üzrə fəlsəfə doktoru, dosent ŞakirAbdullayev yazıb. Ön sözdə diqqətimizi cəlb edən bu məqamı oxucuların nəzərinəçatdırırıq: "...Gəlin Nazir müəllimi həm özünün, həm də özgələrinin fikiraynasında görək. O fikir aynası sözlərin, cümlələrin işığında bərq vurur: Fikiraynası elə sözün işığıdır. Sözün halisində hər şey aydın görünür...".

Kitabı vərəqlədikcəbir-birindən gözəl xatirələrlə, hekayələrlə üzləşirsən. Bu mənada 34 ildənsonrakı görüş çox yaddaqalan və həm dəkövrək anlardır. Yazıçı-publisist Nazir Çərkəzoğlu "Sən mənim ömrüməqayıdacaqsan" hekayəsində 34 ildən sonra tələbə yoldaşlarının görüşünü çoxkövrək və yaddaqalan notlarla tamamlayır. Və 34 il əvvəl və 34 il sonrakı illərinüstünə yağan yağışları, qarı, gülü, çiçəyi, bütün ətrli və təravətli anlarıxatırlayır. Bu anlar, bu xatirələr dil açıb danışır. Nazirin başqa yazarlardanfərqli cəhəti bir də ondan ibarətdir ki, qələmə aldığı mövzuları araya-ərsəyə gətirərkənistedadlı şair və yazıçıların deyimlərindən, misralarından bol-bol istifadə eləyir.Onun Ramiz Rövşəndən, Vaqif Bəhmənlidən və digər istedadlardan gətirdiyi nümunələryazıya bir şirinlik, bir təravət, bir rəng qatır.

Onun kitabda qələməaldığı "Sən mənim ömrümə qayıdacaqsan", "Vətən nəğmələrinincarçısı", "Dərdlərə əyilmədin, Əşir müəllim", "Dərdlərəkönül verən şair", "Əbədiyyətə qovuşan doğmalarımız","Etibarlı günlərimiz", "Mənim tanıdığım Şakir, "O, təbiətiçox sevirdi", "Payız düşüncələri", "Qarabağ haraylı şair","Qəribəymiş bu dünyamız", "Sənli günlərin harayında","Qorxmaz Abdulla dünyası" və s. publisist yazıları sözün həqiqi mənasındaoxucu qəlbini və oxucu ürəyini fəth eləyə bilər. Çünki bu yazını oxuyan hərhansı bir oxucu bir anlıq da olsa Nazir Çərkəzoğlunun təsvir etdiyi qəhrəmanlarıtanıyır, onları sevir və hətta qorumaq da istəyir.

Əlbəttə, yazıçı hərhansı mövzunu, hər hansı yazını qəlbinin və ürəyinin səsiylə qələmə alanda bu bədiiyazılar oxucuların da ürəyinə yol tapa bilir. İllah da ki, yazıçı səmimiolanda. Onun qələmə aldığı hər yazının dili, üslubu çox şirindi. Təbii ki, dildə şirin olanda, axıcı olanda o hekayəni, o romanı, o publisist yazını oxumaqçox asandır. Yadıma böyük rus yazıçısı Gertsenin sözləri düşür: "Dünyadaelə bir fikir yoxdu ki, onu sadə və aydın dildə ifadə eləmək mümkünolmasın". Bax, bu mənada Nazir Çərkəzoğlu öz oxucusu ilə sadə və aydındildə danışmağı bacarır.

İnanırıq ki,yazıçı-publisist Nazir Çərkəzoğlunun yeni çapdan çıxmış "Fikrinaynası" kitabı da digər hekayə, povest və romanları kimi oxucularınzövqünü oxşayacaq və bu kitabı vərəqləyən hər hansı oxucu itirdiyi vaxt üçünheç vaxt heyfislənməyəcək. Oxucu kitabları vərəqlədikcə, burda öz dünyasını görəcək,vətən həsrəti hiss edəcək, o torpaqdan, o yurddan uzaq düşmüş bir yazıçının ürəkpıçıltısını eşidəcəkdir. Biz bir-birimizin ürək pıçıltısının səsini eşitsək,ağır dərdlər, ağır kədərlər çiynimizdən götürülər və iç dünyamıza işıq, nurdolar.