adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
15 Yanvar 2019 13:18
6265
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: CAMAAT MÖHÜRƏ YOX, GÖRDÜYÜNƏ İNANIR

Uzunmüddərdir ki, respublikamızda, o cümlədən Bakı şəhərində iribuynuzlu, xırdabuynuzluheyvanların kəsimi necə gəldi həyata keçirilir. Bir balaca imkanı olan, yeri gəldi,gəlmədi bir köşk açır, lazımi şərait olmayan yerdə heyvan kəsimi ilə məşğulolur. Düzdür, bunların arasında sanitar-gigiyenik qaydalara və təmizliyə əməledən köşklər də var. Ancaq bunlar o qədər də çox deyildir.

Hələ bizonu demirik ki, ət kəsimi ilə məşğul olan qəssabların bir çoxu vaxtında həkimmüayinəsindən keçmir, səliqə-səhman yaratmır, üzü tüklü və xalatsız köşkdə ət satışı ilə məşğul olurlar. Burda qəribəheç nə yoxdur. Onsuz da çoxlarımız istər bazarlarda, istərsə də yarmarkalarda,istərsə də köşklərdə belə anlarla tez-tez rastlaşırıq. Belə məqamları görürük,heç təəccüblənmirik və hətta tüklərimiz belə tərpənmir. Guya tərpənsə nəolacaq?!

Və bir də bizdə hər hansı bir yenilik heç dəasanlıqla qəbul edilmir. Ən əzından ona görə ki, bu yeniliyin içində bəzən eləeybəcərliklər olur ki, onu görəndə adamların gözü kəlləsinə çıxır. Bilmir ki,bu yenilikdir, yoxsa oyun. Amma ədalət naminə deyək ki, bizim məmləkətdə dəyeniliklər olub, o, öz bəhrəsini verib və heç kəs ona qəmbərqulu, qulp qoyabilməyib.

Ölkəmizdəyeni yaradılmış Qida TəhlükəsizliyiAgentliyi də fəaliyyətə başladığı qısa zaman kəsiyində müsbət addımlar atmağıbacarıb. Gəlin onunla razılaşaq ki, həm respublika ərazisində, həm də Bakı şəhərindəheyvan kəsimi sahəsində bu günün özündə də problemlər mövcuddur. Ancaq Qida Təhlükəsizliyi Agentliyi az bir vaxtda heyvankəsimi sahəsində qayda-qanun yaratmağa və sistemli bir mexanizm qurmağa nailolub. Əlbəttə, bizim millətin bir çoxunun qanunlara əməl etməkdən xoşları gəlmir.Adını çəkdiyimiz agentlik son 5-6 ayda heyvan kəsimi ilə məşğul olansahibkarlar və qəssablar arasında böyük maarifləndirmə, təbliğat işləri aparıb.Təbii ki, bu cür maarifləndirmə mövcud problemin bu və ya digər dərəcədə müsbət həllinə təkan verib.

Aydındırki, qısa zaman ərzində heyvan kəsimi sahəsində yaranmış problemləri birdən-birəhəll etmək elə də asan deyildi. Eyni zamanda Qida Təhlükəsizliyi Agentliyinin apardığı və həyatakeçirdiyi bu islahatları da birdən-birə heyvan kəsimi və satışı ilə məşğul olan sahibkarlar, qəssablar birmənalıqəbul etmirlər. Çünki əksər heyvan kəsimisexlərində köhnə metodlardan istifadə edilir və gigiyenik sanitar qaydalaralazımi qaydada əməl edilmir. Məhz bu problemləri həll etmək üçün həmin qurumheyvan kəsimi ilə məşğul olan sahibkarlar arasında izahat işləri apardı,nöqsanları aradan qaldırmaq üçün vaxt verildi. O vaxt tamam olandan sonra isəyenidən heyvan kəsimi sexlərində və köşklərində Qida Təhlükəsizliyi Agentliyi reydlərə, yoxlamalarabaşladı.

Keçirilənreydlər onu göstərdi ki, lazımi tövsiyələrə və göstərişlərə əməl edən köşklərləyanaşı, əməl etməyənlər də çoxdur. Və qanunu pozan bu köşklər "İnzibati XətalarMəcəlləsi”nin müvafiq maddəsi ilə cərimə ediliblər. Tərtib olunmuş protokollabağlı razılaşan və razılaşmayan köşk sahibləri də var. Amma fakt faktlığındaqalır ki, bu gün köşklərin çoxunda əvvəlki nöqsanlar tamamilə aradanqaldırılmayıb.

Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətəbaşlayandan sonra Bakının neçə-neçə yerində müasir tələblərə cavab verən vəgigiyenik sanitar qaydalara əməl edən heyvan kəsimi sexləri yaradılıb. Və buheyvan kəsimi sexlərində demək olar ki, çox unikal şərait var. Ancaq heyvan kəsimiilə məşğul olan bir çox köşk sahibləri bildirirlər ki, yeni yaradılmış sexlər dəmüəyyən imkanlı adamların nəzarəti altındadı. Başqa sözlə demiş olsaq, köşklərinimkanları əllərindən alınaraq bu sexlərə verilib.

Sadəcəolaraq, mövcud məsələyə heç də sahibkarlar və qəssablar birmənalı yanaşmırlar.Onlar bildirilər ki, ayının qoz oyunuvar, bir armudun başında. İndi bu sistemi də yaradan adamlar bir şeyi fikirləşiblər:bütün ət köşklərinin bazarını "öldürsünlər”. Deməli, bizim əlimizdə nəyimizvarsa, onu ələ keçirsinlər və artıq ələkeçiriblər. Əgər onlar ət satışında tamamilə qayda-qanun yaratmaq istəyirlərsə,şəffaflığı qorumağa çalışırlarsa, onda yüz bəhanə ilə bizə badalaq vurmasınlar.Axı biz uzun illərdi bu işlə məşğuluq.

Qida TəhlükəsizliyiAgentliyi yarandığı gündən Bakının neçə-neçə yerində heyvan kəsimi yerləriyaradılıb. Orda hər şey müasir tələblər səviyyəsindədir. Heyvan kəsilir,soyulur, laboratoriya analizindən keçirilir, müsbət rəy alınandan sonra həkimmöhürü vurulur. Bunun nəyi pisdir?

Ancaqfikrini soruşduğumuz köşk sahibləri və qəssablar isə bildirirlər ki, bunlarbizim üçün əlavə xərc deməkdir. Məsələn, biz heyvanı maşınla kəsim sexinəaparmalıyıq, 15-20 manat pul verməliyik, üstəlik də maşın haqqı ödəməliyik. Vəordan yenidən maşınla heyvan cəmdəklərini köşkə gətirməliyik. Həm vaxtımızgedir, həm pulumuz xərclənir, həm də əziyyət çəkirik. Əgər Qida TəhlükəsizliyiAgentliyi camaatın və bizim halımıza acıyırsa, qoy onda həmin kəsimi pulsuz həyata keçirsinlər. Bu əlavə xərclərki, var, yenidən ətin bahalaşmasına gətirib çıxarır. Məsələn, 10 manatasatdığımlız əti indi 11-12 manata satırıq. Bu pul da yazıq camaatın cibindəngedir.

Yeniyaradılmış heyvan kəsimi sexlərinə əhali də fərqli yanaşır. Onlar deyir ki, hərbir yenilik xalqa yox, ayrı-ayrı vəzifəli şəxslərə və məmurlara xidmət eləyir.Bir tərəfdən qəssabların "çörəyi kəsilir”, digər tərəfdən də ətin qiymətibahalaşır. Yəni burda qara camaat və qəssablar qara gün yaşayırlar.

Alıcılarda ət satıışındakı bu yeniliklə bağlı məsələyə birmənalı yanaşmır. Məsələn,Fatma Cabbarova deyir ki, mən bir dəfə bazardan, bir dəfə də yarmarkadan ətalmışdım. Düz qazanda 4 saat qaynatdım, bişmədi. Hansı ki, o ətin üstündə həkim möhürü də vardı. Bizbilmirik baytar həkimləri necə işləyir? Ciblərinə 5-10 manat bas, gözlərini yumubona möhür vuracaqlar. Nə qədər möhür vurulmuş ətlər sonradan yoxlama nəticəsindəaşkar edilib və məlum olub ki, bu ət mənşəyi məlum olmayan ətdi və satışdançıxarılıb.

Nadir Məmmədovadlı alıcı isə Qida Təhlükəsizliyi Agentliyinin ət köşklərini cərimələməsindən əsəbləşdiyinibildirdi. Dedi ki, biz demirik bütün ət köşklərində sanitar və gigiyenikqaydalar yüksək səviyyədədir. Ancaq camaat möhürə yox, gördüyünə inanır. Bizimgördüyümüz isə odur ki, hər gün səhər saatlarında qonşuluğumuzdakı ət köşkündədana kəsirlər, onu səliqə ilə soyub təmizləyir, sonra doğrayıb cəmdəkləriasırlar. Biz də gedib bu təmiz əti alırıq. İndi o qədər dələduz peyda olub ki,hər adamın satdığı əti almaq olmur.

Rəyinisoruşduğumuz digər bir alıcı Tahir Hacıyev bildirdi ki, bizdə hər hansı qurumyaradılan kimi "köhnə bazara” təzə nırx qoyur. Yəni onlarla razılaşmayansahibkara göz verib işıq vermir, başına olmazın yüz oyununu açır. Ta o vaxta qədərki, həmin sahibkar razılaşıb "tasa” düşür.Elə ki, razılaşma oldu, tay ona dəyib dolaşmırlar. Və bir də mən heç cürəqəbul eləyə bilmirəm ki, niyə hər yerdə yox, şəhərin müəyyən yerlərində kəsimsexləri yaradılıb? Təbii ki, bu isə monopoliya, inhisarçılıq deməkdir. Əgər məlumqurumun camaata yazığı gəlirsə, qoy əvvəlki heyvan kəsimi köşklərində lazımi şəraityaratsınlar və səliqə-səhman olsun. Onsuz da köşklərin əksəriyyətindəgigiyenik-sanitar qaydalara əməl etmək bir o qədər də mürəkkəb deyil. Sadəcəolaraq, onlara kömək etmək, düz yol göstərmək lazımdır. Yoxsa badalaq atmaqla ənyaxşı halda onlar bu köşkləri özlərinin nəzarəti altında saxlayacaq, ətin qiymətiisə get-gedə bahalaşacaqdı.

Göründüyükimi, Bakıda heyvan kəsiminin mərkəzləşməsinə nə sahibkarların, nə qəssabların,nə də alıcıların münasibəti birmənalı deyil. Başqa sözlə demiş olsaq, heyvan kəsimininmərkəzləşdirilməsinə razı olanlardan narazılar daha çoxdur. Və buna görə də həmininsanları qınamaq olmaz. Çünki hərə bu məsələyə öz mənafeyi baxımından yanaşır.Nəyin düzgün, nəyinsə düzgün olmadığını isə gələcək göstərəcək. El dilindədemiş olsaq, hər şeyin zamana ehtiyacı var. Ancaq alıcılarınsa bir şeyəehtiyacı var: təki bundan sonra ət bahalaşmasın! Bax, bu çox qəliz məsələdi. Oqədər qəliz məsələ ki, heç bundan nə sahibkarlar, nə də qəssablar baş çıxarabilmir. Çünki onlara hərə bir tərəfdən qəmiş qoyur, badalaq atır!..