11 Dekabr 2018 13:02
7212
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: AVTOBUSLAR NİYƏ QƏZAYA UĞRAYIR?

Heç kim və heç kəs əvvəlcədən başına gələcək hadisəni bilmir. Və heçkim də, heç kəs də hər hansı qəzadan, bədbəxt hadisələrdən sığortalanmayıb. Hələelə adam tapılmaz ki, sinəsinə döyüb desin: mənim başıma hər hansı faciə, qəzagəlməyəcək. Və qəribədir ki, biz bunu bilə-bilə bir çox halda özümüz belə bədbəxthadisələr üçün münbit şərait yaradır, elə özümüzü də bu cür qəzaların içinəyuvarlayırıq.

Son aylar Bakıda və respublikamızın avtomobil yollarında avtobus vəmikroavtobusların iştirakıyla ağır qəzalar baş verib. Baş vermiş faciələrigözümüz önünə gətirəndə adamın həyəcandan az qala ürəyi partlaya. Zarafatdeyil, bizim hər birimiz bu cür trafik yol canavarının qurbanına çevrilə bilərikvə evdən çıxıb işə gedəndə, qayıdanda çoxlarımız avtobuslardan istifadə edir.Elə ki, sağ-salamat işə çatırıq, yaxud da evə qayıdırıq, çiynimizdən ağır yükgötürülür. Düşünürük, Allaha min şükür ki, sağ-salamat işə getmişik və ailəmizinyanına dönmüşük .

Ancaq bəzi avtobus sürücülərinin təcrübəsizliyi və səhlankarlığıüzündən qəza yaranır və bu zaman neçə-neçə insan ya dünyasını dəyişir, ya daağır xəsarətlər alırlar. Görəsən, bu qəza zamanı avtobusun salonunda olan vəfaciəli anlar yaşayan o insanların günahı nə imiş? Onlar da səhər-səhər işə gedəndəevdəkilərlə hal-əhval tutur və qayıdacaqlarını deyirlər. Lakin səhlankar və məsuliyyətsizsürücülərin naşılığından ömürləri yarıyolda qırılır, həyatları iləvidalaşırlar.

Yadınızdadımı, Bakı-Quba avtomobil yolunun Xırdalandan keçən hissəsindəbir il bundan əvvəl "Ford” markalı qırmızı rəngli mikroavtobus digər avtomobilləötüşərkən idarəetməni itirmiş və yolun sağında dayanmış nasaz, yük daşıyan"Kamaz”a arxadan çırpılmışdı. Ağır qəza zamanı mikroavtobusun salonunda olanaltı tələbə (onlar Sumqayıt Dövlət Universitetinin tələbələriymiş) dünyasını dəyişmiş,17 nəfər isə ağır xəsarət almışlar. Biz bu hadisələri yada salıb yarasınınqaysağı sağalmaqda olan insanların dərdini təzələmək istəmirik. Biz onu deməkistəyirik ki, çoxları gözləyirdi, bu cür faciəli hadisədən sonra avtobus vəmikroavtobusların iştirakıyla ağır qəzalar olmayacaq.

Ancaq ağır qəzalar olur və bu gün də artmaqda davam edir. Yol polisinə qədər qabaqlayıcı tədbirlər görsə də, mütəmadi reydlər keçirsə də, qeyri-peşəkarsürücülər yenə sükan arxasında əyləşir və elə ağır qəzaların baş verməsinə şəraityaradırlar. Məsələn, Binəqədi rayonunun ərazisindəki dəmiryol xəttini qatar gələrkənkeçmək istəyən avtobus yenidən ağır qəza törətdi. Qatarın ötməsini gözləməyən sürücüavtobus içərisində çoxlu sərnişin olsa da, dəmiryol xəttini keçmək istədi, keçəbilməyib avtobusu qatara çırpdı. Bu zaman da 18 nəfər xəsarət aldı. İki nəfərisə dünyasını dəyişdi. Çox təəssüf ki, yenə sürücü diqqətsizliyi üzündən buağır qəzaya yol açıldı.

Bu günlər isə Xırdalan şəhərindən metronun "Memar Əcəmi” stansiyasıistiqamətində hərəkət edən avtobusun sürücüsü yenidən ağır qəza törədib. Beləki, Bakı istiqamətinə hərəkət edən 119 nömrəli marşrutda işləyən avtobus idarəetməni itirərək aşıb. Ümumiyyətlə,bir faktı deyək ki, həmin marşrutda sükan arxasında əyləşən əksər sürücüləravtobusu yüksək sürətlə idarə edir, bir-birilə ötüşür və tez-tez qəza şəraitiyaradırlar.

"Ədalət” qəzeti olaraq dəfələrlə həmin avtobuslarda olan gördüyümüznöqsanları qələmə alıb yazmışıq, problemi Bakı Nəqliyyat Agentliyinin vəmarşrut rəhbərliyinin nəzərinə çatdırmışıq. Çox təəssüf ki, hər iki qurum bizimtənqidi qeydlərimizi diqqətdə saxlamamış və bu cür nöqsanlara göz yummuşlar. Nəticədəisə 119 nömrəli marşrutda işləyən avtobusun aşması zamanı neçə-neçə sərnişin xəsarətalmışdı.

Yaxud başqa bir misal. Bir həftə bundan öncə Qobu qəsəbəsində məktəbliləriaparan mikroavtobus sürücüsü idarəetməni itirmiş və maşını aparıb divaraçırpmışdı. Mikroavtobusun divara çırpılması nəticəsində 8 məktəbli müxtəlif dərəcəlibədən xəsarəti almış, divar isə uçmuşdur. Yəni həmin hasarın sahibinə də xeylimaddi ziyan dəymişdi.

Polisin apardığı araşdırma nəticəsində məlum olmuşdu ki, sükanarxasında əyləşmiş adamın sürücülük hüququ yox imiş. Sürücülük hüququ və təcrübəsiolmayan insanın belə hadisə törətməsi heç də təəccüblü deyildi. Ona görə də sürücü barəsində hüquq-mühafizə orqanları 3ay müddətində həbs-qəti imkanı seçmişdir.

Biz bu məsələləri gündəmə gətirməklə bir daha mövcud nöqsanları BakıNəqliyyat Agentliyinin və marşrutların məxsus olduğu MMC-lərin rəhbərlərinindiqqətinə çatdırırıq. Və Bakı şəhər yol polisinə də avtobuslarla bağlı reydlərindaha tez-tez keçirilməsini təklif edirik. Çünki sözün açığı, yol polisi bu sahədəçox böyük işlər görüb və bu gün də onun köməkliyinə bizə elə gəlir ki, böyükehtiyac var. Ən azından ona görə ki, Bakıda nəqliyyat sahəsindəki mövcudproblemləri yol polisinin köməyi olmadan Nəqliyyat Agentliyi heç vaxt təkbaşınahəll edə bilməyəcək.