adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 Sentyabr 2019 15:59
26153
MARAQLI

"Facebook gündəliyi"

Facebook - fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Bir vaxtlar qətiyyən xəyalımıza gətirə bilmədiyimiz, keçmişə nəzərən möcüzəvi sayılan bu məkan, indi həyatımızın ayrılmaz bir parçasıdır. İnsanı bir cümləsindən belə tanıtdırmağı bacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə, alqışlamaq lazımdır. Həyatda necəsənsə, virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən ki həmin adamsan.

Yaz, səni tanıyım. Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz onda daha dəqiq, daha səlis eşidilir.

Əziz dostlar, xüsusən də ictimai sferada tanınanlar, siz yazın, biz onları yayaq. Biz, yəni Adalet.az. Yayaq ki, yazdıqlarınız daha çox oxunsun, tanınsın. Necə varsa, elə də tanınmaq, bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdir.

***


Kübra Məhərrəmova: "Övladıyla dostolan valideynə "bir təhər" baxan adamlarıq. Biz mütləq övladımızladüşmən olmalıyıq. Onda ləyaqətli oluruq millətin gözündə.

***


Nigar Adil: "Bir cümlədən asılıolan toplumu idarə etmək çox asandı


***

Elşad Məmmədli: "Bakı-Sumqayıtyolu. Ənənəvi tıxacdır. Hamı yavaş-yavaş öz tutduğu zolaqla gedir. Bir superağıllı qaqaş banan görmüş meymun kimi bu zolaqdan o zolağa keçir, o zolaqdan bubirinə, qəza şəraiti yaradır. Bir nəfər yaşlı kişi ona irad tutdu, əvəzində acıcavab aldı, mübahisə yarandı, qaqaş qayıtdı ki, mənim başım xarabdır haa...
Elə bunudemişdi, digər bir maşından gənc, çox cüssəli oğlan düşdü gəldi, boynunuhinduşka kimi pəncərədən uzadıb, bağıran gədənin başına nə təhər qapaz vurdusa,səsi anındaca kəsildi. Heç şübhəsiz ki, dərhal ağıllandı.
Adamlar 3cür olur axı: sözlə qanan, sazla qanan, qapazla qanan...”


***


İlhamə Əli: "Sürücüdən produsser, telefonçudan redaktor,işıqçıdan rejissor düzəldən xalqıma eşq olsunmu?


***

Nicat Hüseyn Dağlar: "Allah mənə Üzeyir Hacıbəyovun Şuşadakı evini ziyarətetmək bəxtəvərliyini qismət edib. Onun əşyalarına toxunmuşam... Yaxşıyadımdadır, yazı masasının üzərində not dəftərindən qopardılmış vərəq var idi.Üzeyir bəy orada öz əli ilə cəmi bir neçə not işarələmişdi...
Özü dəbir dəfə deyil, çox olmuşam o evdə. Uşaqlıq illərinin yay tətillərini əksərhallarda Şuşada keçirərdik və hər dəfə də o MÜQƏDDƏS OCAĞA ilk dəfə gedirəmmişkimi üz tuturdum. O evə aparan yol hələ də gözümün önündədir. Qismət olsa bir dəŞuşaya getsək, Üzeyir bəyin evini gözüyumulu taparam.
Allah sənərəhmət eləsin, BÖYÜK KİŞİ!”


***


Qadir İbrahimli: "Adam ya kişi olur,ya da olmur, orta variant yoxdur


***


Dəniz Pənahova: "İnsanlar özlərinidərk etməyəndə güzgü kimi onların qarşısına çıxırsan və onlar başlayırlarcızığından çıxmağa. Yenə özlərini görməkdən qorxurlar. Müəyyən mənadadiktaturanın da təsiri var.


***

Zakir Osmanov: "Bu gün dərsdən gələnüçüncü sinif uşaqlarından kitabı alıb tədris proqramına baxmışam, tapşırıqlareynilə belədir: İki dəvəuçurdu, biri boz o birisi isə sola. Əgər eşşəyin dörd yaşı olarsa, bir kiloqramasfaltın çəkisi nə qədərdir?”

***


İntiqam Valehoğlu: "O gün meyvəalıram, məndən qabaqda bir xanım var. Satıcıya deyir ki, limon ver, amma turşolmasın. Satıcı da 25-26 yaşlarında cavan uşaqdı, hiss edirsən ki, əksər həmkarlarınabaxanda ədəb-ərkanı yerində olan adamdı. Nəysə...qadın çox dirəşdi ki, şirinlimon olsun, oğlan qayıtdı ki, əgər yemək üçün istəyirsinizsə, bəlkə, şirinmandarin çəkim? Hələ üstəlik qiymətdə də güzəştə gedəcəyini dedi. Əlqərəz,qadın 2 limon aldı, bir az da mandarin, çıxdı getdi. Satıcıdan soruşuram ki,belə şirin limon istəyən alıcılar çox olur? Deyir, şirinlimon toya getməlidi e, o gün bir qadın gəlib ki, 3 kilo alma çək, amma sonrada palirovka elə. Soruşuram ki, necə yəni palirovka eləyim? Qadın deyib ki,elçiliyə gələcəklər, almaları elə palirovka elə ki, vazada parıldasın, qəşənggörünsün. Soruşuram ki, bəs siz bu almaları vazaya qoymazdan əvvəlyumayacaqsız? Deyir ki, yox, eləcə stolda qəşəng görünsün.
Satıcıdan soruşdum ki, bəs belə vəziyyətlərdəneyniyirsən? Əliylə dairə işarəsi göstərdi. Deyirəm, o nədir?
-Çörəh...
-Nə çörəh?
-çörəyimizin xətrinə yola veririk, nağayrax? O gündə bir xala gəlmişdi...”


***


Həbibə Abdullayeva: "Bir az da valideynlərdəngileylənək. Deməli, Bilik günü tədbirində hərə əlində bir telefon şəkil çəkməküçün canfəşanlıq edirdi. Ədalət üçün deyim ki, mən də kütləni yarıb qabağa keçibNərgizin şəkillərini çəkdim, amma razı qalmadım, düşündüm ki, gələcəkdə baxıbxatırlamağı üçün yaxşı görüntülər ala bilmədim. Özümün məktəbə getməyim,ümumiyyətlə məktəb illərim elə dövrə düşüb ki, çox az fotom var, ona görəçalışıram ki, qızımda bu problem olmasın. Hə, deməli, bizim məktəbin məcburi köçkün, fiziki məhdudiyyətlifotoqrafı var, yaşlı adamdır, o gəlib siniflərə girib müəllimlərləuşaqlarımızın, həm də tək şəkillərini çəkib, çıxarıb verib. Valideynlərimiz dünənvə bu gün özlərinə əl qatıblar ki, şəkillər bahadır. Halbuki bir toyda 2, 3, hətta5 manata saysız-hesabsız şəkil çəkdirib çıxırlar başqa vaxt. Etirazımıbildirdim, iradlarımı dedim.
Məktəbdən verilən kitablar istifadəyə yararsızdır,heç onun davasını edən yoxdur, amma hamı şəkil davasındadır.
P.S. Belə getsə müəllim və valideynlər hamısı mənənifrət edəcək.”