adalet.az header logo
  • Bakı -°C
24 Noyabr 2025 11:29
67
TEXNOLOGİYA
A- A+

F-16-larla zəngin olan ordular - ABŞ, Türkiyə...

Dünyanın müxtəlif bölgələrində istifadə olunan F-16 döyüş təyyarələri, həm qiymət-performans göstəricisi, həm də geniş modernizasiya imkanları sayəsində hələ də ən çox yayılmış dördüncü nəsil qırıcı kimi önə çıxır.

Adalet.az  xarici KİV-ə istinadən xəbər verir ki, bir çox ölkənin hava qüvvələrinin əsasını təşkil edən F-16-lar hava üstünlüyü, yer hədəflərinə zərbə, elektron müharibə və pilot hazırlığı kimi bir çox tapşırıqda aktiv rol oynayır.

Dünyada bu ölkələr daha çox F-16- ya sahibdir. 

1. ABŞ 

2023-cü il məlumatlarına görə, ABŞ 936 ədəd F-16 ilə dünyanın ən böyük F-16 istifadəçisi olaraq qalır. Çoxməqsədli imkanları sayəsində bu təyyarələr hava üstünlüyü, yer zərbələri, kəşfiyyat və yüksək səviyyəli pilot hazırlığında geniş istifadə olunur. F-16-lar ABŞ Hərbi Hava Qüvvələri, Milli Qvardiya və Ordu Ehtiyat Komandanlığı tərkibində fəaliyyət göstərir.

2. Türkiyə 

Türk Hərbi Hava Qüvvələrinin inventarında 243 ədəd F-16 mövcuddur. Bu göstərici Türkiyəni ABŞ-dən sonra Avropa və dünya üzrə ən böyük ikinci F-16 istifadəçisi edir. Hazırda “Özgür” modernizasiya proqramı çərçivəsində filoda geniş yenilənmə həyata keçirilir, eyni zamanda Block 70 konfiqurasiyalı yeni F-16-ların təchizatı davam edir.

3. İsrail

İsrail Hərbi Hava Qüvvələrinin ixtiyarında 224 ədəd F-16 var. Ölkənin kiçik ərazisi nəzərə alındıqda bu rəqəm xüsusi diqqət çəkir. Yerli modernizasiya paketləri və real döyüş təcrübəsi sayəsində İsrailin F-16-ları dünyanın ən təsirli və ən çox inkişaf etdirilmiş modelləri arasında göstərilir.

4. Misir 

Misir 218 ədəd F-16 ilə Afrikanın ən böyük F-16 flotuna sahibdir. Ölkə mütəmadi modernizasiya və ABŞ ilə hərbi əməkdaşlıq sayəsində bu təyyarələri yüksək hazırlıq səviyyəsində saxlayaraq həm əməliyyatlarda, həm də təlim missiyalarında geniş istifadə edir.

5. Tayvan

Artan regional gərginlik səbəbilə Tayvan hava müdafiəsini gücləndirmək üçün 202 ədəd F-16-dan istifadə edir. Ada administrasiyası onları F-16V (Viper) səviyyəsinə yüksəltməklə radar, elektron müharibə və silah sistemlərini daha da gücləndirir. /Unikal