Evdə internet sürətinin ölçülməsi zamanı provayder adlarının fərqli görünməsi nə ilə bağlıdır?
Son dövrlərdə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə (İKTA) evdə internet sürətinin ölçülməsi zamanı istifadə edilən platformalarda, o cümlədən “speedtest” xidmətlərində ekranda müqavilə bağladıqları internet xidmət təchizatçısının (İSP) adı əvəzinə, sürət göstəriciləri aşağı olan provayderlərin adlarının görünməsi ilə bağlı vətəndaşların müraciətləri daxil olur.
Bu barədə Adalet.az-a İKTA-dan məlumat verilib.
Agentlik bildirir ki, sürət ölçmə platformalarında göstərilən provayder adı əsasən istifadəçinin internetə qoşulduğu “IP” ünvanının beynəlxalq qeydiyyat məlumatları və şəbəkənin “AS” (Autonomous System) identifikasiyası əsasında avtomatik müəyyən edilir. Buna görə də bəzi hallarda müqavilə bağlanmış brend adı ilə texniki identifikasiya məlumatları arasında uyğunsuzluq müşahidə oluna bilər.
Bununla yanaşı, Agentlik reytinq nəticələrinin dərcindən sonra bəzi provayderlər üzrə brend təqdimatı ilə faktiki şəbəkə identifikasiyası arasındakı fərqlərin sistematik xarakter daşıması ehtimalını araşdırır. Xüsusilə şəbəkə strukturlarının və “IP” resurslarının məqsədli şəkildə bölüşdürülməsi nəticəsində ölçmə nəticələrinin fərqli brendlər altında cəmlənməsi və bunun bazarda reytinq göstəricilərinə təsir göstərməsi halları ciddi narahatlıq doğurur.
İKTA bəyan edir ki, qeyd olunan hallar təsdiqini tapacağı təqdirdə bu cür praktika həm istehlakçıların düzgün və şəffaf məlumatlandırılması prinsipinə, həm də sağlam və ədalətli rəqabət mühitinə zidd davranış kimi qiymətləndiriləcək.
Hazırda məsələ ilə bağlı geniş texniki və hüquqi təhlil aparılır. Araşdırmaların nəticələrindən asılı olaraq, zərurət yaranacağı halda ictimaiyyətə əlavə məlumat veriləcək və qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görüləcək.
İnternet xidmət təchizatçılarına bir daha xatırladılır ki, brend təqdimatı ilə faktiki şəbəkə identifikasiyası arasında uyğunsuzluq yaratmaq, eləcə də reytinq və ölçmə platformalarının nəticələrini manipulyasiya etməyə yönəlmiş hər hansı cəhdlər bazar etimadına ciddi zərbə vurur və qəbuledilməzdir.
İKTA şəffaflıq, düzgün məlumatlandırma və ədalətli rəqabət prinsiplərinə ciddi şəkildə əməl olunmasını təmin etmək məqsədilə bu sahədə nəzarət tədbirlərini davam etdirəcək və hər hansı qeyri-şəffaf praktikanın qarşısının alınması üçün zəruri addımlar atacaq.
Digər Xəbərlər
25 Oktyabr 2026 12:55
TikTok-la bağlı qadağa həyəcanı: Bu şəxslər istifadə edə bilməyəcək
24 Oktyabr 2026 09:27
Süni intellekt həkimləri üstələdi
22 Oktyabr 2026 11:47
Süni intellektlə yaradılmış 50 milyondan çox musiqi məhdudlaşdırıldı
21 Oktyabr 2026 07:07
Süni intellekt indi də oğurluq etdi
20 Oktyabr 2026 11:42
Azərbaycanın dövlət qurumlarına genişmiqyaslı kiberhücumlar olur
19 Oktyabr 2026 14:40
“Bakcell”in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTOLAR
18 Oktyabr 2026 11:40
Wi-Fi siqnalını alüminium folqa ilə gücləndirmək mümkündür? - Araşdırma
17 Oktyabr 2026 09:43


Bakı -°C

