adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
10 Yanvar 2019 18:37
53739
MARAQLI

Eynşteyn oğluna məktubda hansı sirləri açdı?

ABŞ-dayayımlanan "Böyük amerikalıların uşaqlarına məktubları” adlı kitabda Eynşteyn tərəfindənoğluna yazılmış məktub diqqətimi çəkdi. O, bu məktubda öyrənməyin sirriniaçıqlayır. Eynşteyn 11 yaşlı oğlu Hans Albertə "Ləzzət alaraq bir şey edirsənsəvə zamanın necə keçdiyini anlamırsansa, bu öyrənməyin ən yaxşı yoludur” deyərəköz formulunu açıqlayır.

O, işlədiyimüddət ərzində zamanın necə keçdiyini anlamadığını və bəzən yemək yeməyiunutduğunu deyir. Elm adamı, piyanoçu və dülgərliyin 11 yaşlı oğlu Hans Albertəhətta məktəbdən belə uyğun olduğunu deyir. Albert Eynşteyni hamı dahi olaraq qəbuledir. İndiyə kimi yaşamış ən məşhur elm adamı olmaqla bərabər teorik fizik,filosof və yazar idi Eynşteyn. Elmə bir çox tövhəsi olmuş Eynşteynin uğurreseptini bilmək istəyirsinizsə, yazını diqqətlə oxuyun.

1. Maraqlarınızın ardınca gedin.

O deyir ki,mənim xüsusi bir bacarığım yoxdur, sadəcə maraqlandığım şeylər var və mən bunaböyük həvəslə can atıram. Sizin marağınızı çəkən nədir? Ən çox nəyi bilmək istəyirsiniz?Mənim bilmək istədiyim bəzi insanların niyə bacarıqlı, müvəffəqiyyət qazananbiri olmaqlarıdır. Buna görə də illərlə uğur qazanmaq üçün çalışdım. Əgərmaraqlanırınızın arxasında getsəniz, uğur qazanacaqsınız.

2. Əzmkarlığın dəyəri ölçülməzdir.

Eynşteyn "Çoxağıllı olduğuma görə yox, problemlərlə vuruşmaqdan bezmədiyim üçün uğurqazanıram” deyir. Bəlli bir yola çıxmısınızsa, bu yolun sonuna kimi gedəcəyinizəəminsinizmi? Baxın, poçtla göndərdiyiniz pulların məktuba yapışıb qalmağı onunünvana qədər gedib çatmağından ötrü vacibdir. O pul kimi olun və başladığınızişi bitirin.

3. Bütün diqqətinizi bugünə yönəldin.

"Gözəl birqızı öpəndə doğru-düzgün maşın sürən biri, öpüşə layiq olduğu diqqəti verbilmir” deyir Eynşteyn. İki atı eyni anda sürə bilməzsiniz. Nəyisə edə bilərsiniz,amma hər şeyi edə bilməzsiniz. Bugünə diqqətinizi yönəldin və bütün enerjiniziindi gördüyünüz işə verin.

4. Xəyallarınız sizə güc verir.

Eynşteyndeyir ki, "Təxəyyül hər şeydir. Sizi gözləyən gözəlliklərin fraqmanı kimidir. Xəyalgücünüz bilgidən daha vacibdir”. O, gələcəyinizibəlli edər. Zəkanın həqiqi göstəricisi xəyal gücüdür, bilgi yox. Buna görə dəimkan verməyin ki, xəyal gücünüz ölsün.

5. Səhv edin.

"Heç bir səhvetməyən insan yeni nəyəsə cəhd etməyib” deyir Eynşteyn. Səhv etməkdənqorxmayın. Əgər necə oxuyacağınızı bilirsinizsə, səhvlər sizi yaxşı bir yerə gətirəbilər. Uğurlu olmaq istəyirsinizsə, üç qat daha çox səhv edin.


6. Anı yaşayın.

"Mən gələcəyiheç düşünmürəm, nə də olsa gələcəkdir də” deyir Eynşteyn.

Gələcəyi təminetməyin tək yolu bacardığınız qədər diqqətinizi, var-gücünüzü indiyə yönəltməyinizdir.İndiki zamanda dünəni, ya da sabahı dəyişə bilməzsiniz. Önəmli olan tək bir şeyvar, o da bugündür.

7. Dəyər yaradın.

Eynşteynəgörə, uğurlu olmağa yox, dəyərli olmağa çalışmaq lazımdır.

Vaxtınızıuğurlu olmaq üçün xərcləməyin, dəyərlər yaradın. Əgər dəyərli olsanız, uğuröz-özünə gəlib sizi tapacaq.

8. Fərqli nəticələr gözləməyin.

Dəlilik,eyni şeyləri edib fərqli nəticələr gözləməkdir. Bunu da Eynşteyn deyir. Hər güneyni ritmdə yaşayaraq fərqli görünməyi necə düşünə bilərsiniz? Həyatınızın dəyişməyiniistəyirsinizsə özünüzü dəyişməlisiniz.

9.Bilgi təcrübələrdən doğulur.

Bilgi məlumatdeyil. Bilməyin yol təcrübədən keçir. Bir mövzu ətrafında mübahisə edə bilərsiniz,amma bu sizə sadəcə fəlsəfi bir anlayış qazandırar. Bir mövzunu bilmək istəyirsinizsə,onu təcrübədən keçirin.

10.Qaydaları öyrənin və daha yaxşı oynayın. Eynşteyn deyir ki, oyunun qaydalarınıöyrənməlisiniz, başqa yolu yoxdur. Beləcə hamıdan daha yaxşı oynaya bilərsiniz.Etməli olduğunuz iki vacib şey var. Birincisi oynadığınız oyunun qaydalarınıöyrənmək, ikincisi isə hamıdan yaxşı oynamağı istəmək. Bu iki qaydaya əməl etsəniz,uğur daima sizinlə olacaq.

Dilimizə çevirən Eminquey