“Tərlan - 2025” PUA təlimi başa çatdı - FOTO

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə taktiki-uçuş təlimi uğurla başa çatıb.
Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, təlim çərçivəsində qarşıya qoyulmuş tapşırıqlar hər iki ölkənin hərbi qulluqçuları tərəfindən dəqiqliklə yerinə yetirilib. Plana uyğun olaraq, mərhələlər üzrə qarşılıqlı əlaqədə icra olunan fəaliyyətlər zamanı iştirakçılar yüksək döyüş hazırlığı və peşəkarlıq nümayiş etdiriblər.
Təlim zamanı taktiki və əməliyyat PUA-larının uçuşları həyata keçirilib. Əraziyə çıxarılan mini PUA-lar vasitəsilə əvvəlcədən aşkar edilmiş hədəflər barədə detallı kəşfiyyat məlumatları toplanıb, daha sonra isə əməliyyat-taktiki PUA-lar vasitəsilə həmin hədəflər zərərsizləşdirilib.
Təlim rəhbərliyi şəxsi heyətin peşəkarlığını və hazırlıq səviyyəsini yüksək qiymətləndirib.
Sonda “Tərlan - 2025” birgə taktiki-uçuş təlimində xüsusi fərqlənən Azərbaycan və Qazaxıstan hərbi qulluqçuları “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı və qiymətli hədiyyələrlə mükafatlandırılıb, iştirakçılara sertifikatlar təqdim olunub, xatirə şəkli çəkdirilib.
Digər Xəbərlər

Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması işləri müzakirə edildi

DİN-də antinarkotik tədbirlərinin gücləndirilməsi müzakirə olundu

Rəşad Nəbiyev BTİ-nin Baş katibi ilə görüşdü

Peşəkar kadr potensialının formalaşdırılması DİN-in strateji prioritetlərindəndir

Vətəndaş məmnunluğu təmin edilsin - Nazirdən tələb

Vilayət Eyvazov Kollegiya iclası keçirdi - 6 ayın yekunları müzakirə olundu - FOTO

Azərbaycandakı korrupsiyaya qarşı mübarizə tədbirləri yüksək qiymətləndirildi
