adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
04 Noyabr 2019 12:49
29397
ELM VƏ TƏHSİL

Evoğlu kənd tam orta məktəbinin 90 illik yubileyi qeyd edilib

Ağdam rayonu Evoğlukənd tam orta məktəbinin fəaliyyətə başlamasından 90 il ötür. Rayon ictimaiyyətininnümayəndələri, təhsil işçiləri, ziyalılar, məktəbin müəllim və şagirdləri, ocümlədən kənd sakinlərinin iştirak ilə təhsilocağında yubiley münasibətilə tədbir keçirilib.

Əvvəlcə məktəbintarixindən, uğurlarından bəhs edən videoçarx nümayiş olunub. Məktəbin direktoruRamil Mirzəyev çıxış edərək, fəaliyyəti müddətində təhsil müəssisəsinin keçdiyiinkişaf yolundan, qazandığı uğurlardan söhbət açıb. Direktor bildirib ki,1928-1929-cu tədris ilindən fəaliyyət göstərən təhsil müəssisəsində hazırda 191şagirdin təlim-tərbiyəsi ilə 38 müəllim məşğul olur.
R.Mirzəyev məktəbin təcrübəli pedaqojikollektivinin olduğunu, müəllimlərin səylə çalışdıqlarını, şagirdlərin bilik,bacarıq və vərdişlərinin formalaşdırılmasında əvəzsiz xidmət göstərdikləriniqeyd edib. Təmas xəttinə çox yaxın məsafədəyerləşməsinə baxmayaraq məktəbdə tədrisin keyfiyyətinin, şagirdlərin davamiyyətinin yüksək olduğunu vurğulayandirekror qeyd edib ki, məktəbin şagirdlərihər il ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərirlər. Məktəbibu il bitirən 9 məzundan 7-si ali məktəblərə keçirilən qəbul imtahanlarındaiştirak edib, onlardan 4-ü ali, 3-ü isə orta ixtisas müəssisələrinə qəbul olub.İmtahanda 640 bal toplayaraq ən yüksək nəticə göstərən Fidan Mirzəyeva AzərbaycanTibb Universitetinin tələbəsidir.

Rayon icra hakimiyyətininbaşçısı Vaqif Həsənov tədbirdə çıxış edərək məktəbin kollektivini 90 illikyubiley münasibətilə təbrik edib, onlara işlərində müvəffəqiyyətlər arzulayıb.

Tədbir bədii hissə ilə davam edib. Şagirdlər vətənpərvərlik,təhsil və məktəb həyatı haqqında şeir, mahnı ifa edib, ədəbi-bədiikompozisiyalar göstəriblər.

Nicat Novruzoğlu

Məzun