adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
30 Aprel 2017 16:08
8113
DÜNYA

Everestə çıxmaq istəyən isveçrəli alpinist donaraq ölüb

Planetdə yük dağ zirvələrini fəth etməsi ilə tanınan 40 yaşlı isveçrəli alpinist Ueli Stek dünyanın ən yüksək zirvəsi olan Everestə dırmanış zamanı ölüb.

Adalet.az "France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Nepal Alpinizm Federasiyası məlumat yayıb.

Məlumatda bildirilir ik, hadisə bu gün səhər baş verib, böyük ehtimalla alpinist donub.

Qeyd edək ki, Everest dünyanın ən yüksək zirvəsidir. Tarix ərzində bu zirvəni fəth etmək istəyən 280-dən çox insan həyatını itirib. Yüksəklikdən evakuasiya mürəkkəb iş olduğu üçün çox vaxt həyatını itirənlərin cəsədləri orada qalır.