Evdə tək olan 4 uşaq yanaraq öldü
Rusiyanın Çelyabinsk vilayətində fərdi evdə baş verən yanğın nəticəsində 4 uşaq ölüb.
Adalet.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb.
Yanğın Yuryuzan şəhəri yaxınlığındakı Vasilovka kəndində baş verib.
"Bölmələr gələn zaman fərdi yaşayış evi yanıb, alov qonşu evin də yardımçı tikililərinə və damına keçib. Hadisə nəticəsində dörd uşaq: 12 yaşlı qız və üç oğlan: 7 və 5 yaşlı (əkizlər) ölüb", - məlumatda deyilir.
Uşaqlar evdə tək olub. Fərdi yaşayış evində baş verən yanğın 6 ədəd texnika ilə 23 nəfər tərəfindən söndürülüb. Yanğın sahəsi 160 kvadratmetr olub.
Yanğın səbəbinin evin eyvanındakı elektrik naqillərində baş vermiş qısaqapanma olduğu bildirilir.
“Yanğının gec aşkarlanması uşaqları xilas etmək şansı buraxmadı”, - deyə xilasedicilər vurğulayıblar.
Digər Xəbərlər
29 Sentyabr 2026 11:49
Jurnalist qayınatası və qayınanası tərəfindən öldürüldü
29 Sentyabr 2026 11:31
Çin prezidentinin xanımı Trampın arvadına qısqandı - VİDEO
29 Sentyabr 2026 11:23
Roma Papası Rusiya və Ukrayna liderlərinə müraciət etdi
29 Sentyabr 2026 11:06
Rusiyada matəm elan edildi
29 Sentyabr 2026 10:46
Son 200 ildə edam edilən ilk qadın olacaq - 18 yaşında qətl törətmişdi
29 Sentyabr 2026 09:57
Yazıcıoğlunun ölümü: 36 nəfər həbs edildi
29 Sentyabr 2026 09:43
Radiodakı çıxışından sonra evi yandırıldı, özü döyülərək öldürüldü
29 Sentyabr 2026 09:18


Bakı -°C

