adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
31 Dekabr 2018 15:55
56080
MARAQLI

Evdə tək filmi haqqında bilmədiyimiz faktlar

Home Alone (1990) Directed byChris Columbus Shown: Macaulay Culkin (as Kevin McCallister)

Əfsanə 1990-cı ildə dünyaekranlarına çıxdı. Artıq 28 ildir ki, bütün dünya hər il Yeni İldə ekranlaradaha yaxın oturur və sanki ilk dəfə imiş ki «Evdə tək» filmə baxır. Gözümüzüqırpmadan, həvəslə baxdığımız bu filmin kadr arxasında nələr baş verirdi? 


• Filmin büdcəsi 18 milyon dollar, dünya kassalarından yığılan məbləğ isə447 milyon dollar təşkil etmişdir.

• Macaulay Culkinin sikveldənaldığı ilk qonorar cəmi 100 000 dollar təşkil edirdi. Ümumi olaraq Macaulay 8milyon dollar qazandı və o ki var əyləndi.

• Aşağıdaki səhnənixatırlayırsınız? Daniel Sternin üzündə olan tarantul həqiqi idi, lakinbilmədiyiniz kiçik bir sirr var. Aktyor qışqıran üz ifadəsini almalı, ancaqhəşaratı qorxutmamaq üçün səsini çıxarmamalı idi. Səhnənin çəkilişi ilk cəhddənuğurlu alındı. Səs isə sonradan əlavə edildi.


• Harry rolunu canlandırmaqüçün Robert De Niro nəzərdə tutulmuşdu, lakin aktyor təklifi geri çevirdi.Peşmandırmı sizcə? Məncə hə!

• Əfsanəyə görə Elvis Presley«Evdə tək» filmində rol almışdır. «Necə?! Axı o, 1977-ci ildə həyatını itirdi»deyəcəksiniz siz. İndi isə fotoya baxın.

• Elvisin filmə çəkildiyində əmin deyilik, ancaq Donald Trumpın çəkildiyidəqiqdir.

• Kevinin Bazzın otağında yeşikdə tapdığı çərçivədə guya Bazzınsevgilisinin şəkili idi. Əslində isə, şəkildə qız deyil, oğlan idi, çünkifilmin direktoru Chris Columbus hər hansı qız uşağını lağa qoymağı qəddarlıqhesab edirdi.

• Kevinin oğrulara savaş açmaq üçün hazırladığı xəritəni həqiqətən dəaktyor özü çəkmişdi.




• Kevinin tez-tez baxdığı «Angels with Filthy Souls» filmi xüsusi olaraqEvdə tək filmi üçün çəkilmişdir. Yəni əslində elə bir film yoxdur.

• Filmin rəsmi emblemi (əllərini üzünə sıxaraq qışqıran Kevin) EdvardMunchun The Scream əsərinə əsasən çəkilmişdir.

• Filmin maksimum təbii alınması üçün Joe Pesci balaca Macauleyin ondanhəqiqətən qorxması üçün əlindən gələni edirdi. Hətta çəkiliş zamanı Joe azyaşlıaktyorun barmağını möhkəm dişləyərək zədələmişdi.

• Kevinin Talkboy markalı sevimli diktofonu da xüsusi olaraq film üçünhazırlanmışdı. Ancaq tələbat yarandıqdan sonra diktofon satış üçün istehsalolunmağa başladı.

• Tanış olun, bu isə FullerCulkin, yəni Macaulay Culkinin doğma qardaşıdır.

• Kevinin ailəsinin yaşadığıev Illinois ştatının Winnetka milyonçular kəndində, 671 Lincoln Ave ünvanındayerləşir. Bir ailə üçün nəzərdə tutulmuş 3 mərtəbəli villa 2011-ci ildə 2,4 milyondollara satışa çıxarılmış və 2012-ci ildə 1,585 milyon dollara satılmışdır. Hal-hazırda villanınqapıları turistlər üçün açıqdır.