Ev dustağlığına buraxılan "Beniz" ləqəbli tiktoker məhkəmənin qərarına əməl etmir - VİDEO
Ötən gün Bakı Apellyasiya Məhkəməsinin hakimi Emin Əliyevin qərarı ilə "Beniz" ləqəbli tiktoker, 1987-ci il təvəllüdlü Aybəniz Xəlilova barəsində həbs qətimkan tədbiri dəyişdirilərək ev dustağlığı qətimkan tədbiri ilə əvəz edilib.
Adalet.az-ın "Unikal"a istinadən məlumatına görə, müdafiə tərəfinin Aybəniz Xəlilova barəsində Suraxanı Rayon Məhkəməsinin 23 noyabrda verdiyi 4 aylıq həbs qətimkan tədbiri qərarından verdikləri şikayət təmin edilib.
“Beniz” kimi tanınan tiktoker məhkəmə zalından sərbəst buraxılıb. Qeyd edək ki, “Beniz” sevgili münasibətində olduğu Xalid Kərimovun şikayəti ilə cinayət məsuliyyətinə cəlb edilib.
İttihama görə, xanım tiktoker Xalidi müxtəlif foto və videoları ilə şantaj edərək ondan 836 min manat tələb edib.
Ona qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsinin müxtəlif bəndləri ilə ittiham elan edilib. Xatırladaq ki, tiktokerə Suraxanı Rayon Məhkəməsi sosial şəbəkələrdə çıxış etmək qadağası qoysada Aybəniz Xəlilova ev dustaqlığına buraxıldıqdan sonra bu qadağaya əməl etməyərək zərərçəkmiş tərəfə qarşı müxtəlif çıxışlar edib.
Digər Xəbərlər
26 Sentyabr 2026 11:03
Polis ötən gün 57 nəfəri saxlayıb
26 Sentyabr 2026 09:53
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - VİDEO
24 Sentyabr 2026 15:52
Qusarda meşədə qətlə yetirilən qadınla bağlı saxlanılan var
24 Sentyabr 2026 11:55
Bakıda 51 min manatlıq oğurluq
24 Sentyabr 2026 11:31
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
23 Sentyabr 2026 13:25
Bərdədə “Kalaşnikov” avtomatı və 29 patron aşkarlandı
22 Sentyabr 2026 16:05
Evdən pul dolu seyfi oğurlayan şəxslər qandallandılar
22 Sentyabr 2026 11:45


Bakı -°C

