“Euronews” Novruz bayramının necə qeyd olunduğunu nümayiş etdirib
“Euronews” telekanalı qədim zamanlardan qeyd olunan, baharın gəlişini, təbiətin oyanışını və yeni dövrün başlanğıcını simvolizə edən Novruz bayramına həsr olunmuş xüsusi reportaj hazırlayıb.
Adalet.az xəbər verir ki, telekanalın rəsmi saytında dərc edilən reportajda Azərbaycanda Novruz bayramının yüksək səviyyədə və özünəməxsus şəkildə qeyd olunmasını əks etdirən maraqlı kadrlar təqdim edilib.
Videoreportaj bayram ab-havasını, onun rəngarəngliyini, zəngin ənənələrini və musiqi, rəqslər, ənənəvi oyunlar və müxtəlif əyləncələrlə dolu xalq gəzintilərini nümayiş etdirir.
“Euronews” vurğulayıb ki, Azərbaycanda Novruz bayramı sadəcə ailələrin süfrə başına yığışması deyil, nəsilləri birləşdirən və ölkənin zəngin mədəni irsini əks etdirən dərin mənalı əsl xalq festivalıdır.
Kökləri zərdüştlüyə gedib çıxan bu qədim bayramın əhəmiyyəti haqqında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbərinin müavini Rəna Nəsirova-Mustafayeva ətraflı məlumat verib.
"Novruz türk dünyasında, eləcə də bütövlükdə Yaxın Şərq regionunda ən qədim və ən önəmli bayramlardan biridir. Dərin tarixi köklərə malik olan bu bayram qışın bitməsini və baharın gəlişini, təbiətin yenilənməsini və yeni dövrün başlanğıcını bildirir. Bu, insanların bu xüsusi günün istiliyini və işığını bölüşmək üçün bir araya gəldiyi sevinc zamanıdır. Novruz təkcə yeni ilin qarşılanması deyil, həm də ailə və ictimai dəyərləri vurğulayan bir bayramdır. O, mənim, eləcə də hamımız üçün qürur və özünəməxsusluq mənbəyidir", - o qeyd edib.
Digər Xəbərlər
17 Fevral 2026 18:00
AQİL ABBAS: "MƏNƏ GÖRƏ, AĞDAMIN QOXUSU RƏMİŞ, SƏXAVƏT VƏ QƏDİRDİR" - VİDEO
17 Fevral 2026 15:31
Azərbaycanda rejissorun həbsi istənildi
16 Fevral 2026 20:06
Döyüşçü güllə altında Məmməd Səfaya niyə zəng etmişdi? - VİDEO
16 Fevral 2026 20:01
Mahnı və Rəqs Ansamblına direktor-baş dirijor təyin olundu
16 Fevral 2026 17:15
“Baba Vəziroğluyla heç bir problemim yoxdur, qırx ilin dostuyuq...” – Şeyx Əbdül
16 Fevral 2026 11:23
Aktyor: “Qorxmursuz balalarınızın gələcəyindən”?
16 Fevral 2026 09:24
Arzu Əliyeva bədii-yaradıcılıq gecəsində - VİDEO
14 Fevral 2026 16:24


Bakı -°C

