Ətraf mühit və sağlamlıq nümunələrinin tədqiqi: RGEM-də nələr yoxlanılır?
“Səhiyyə Nazirliyi Respublika Gigiyenavə və Epidemiologiya Mərkəzinin akkreditasiyadan keçmiş laboratoriyalarında müxtəlif növ analizlər və gigiyena ekspertizasının keçirilməsı üçün məmulatlar, əşyalar və materiallar, o cümlədən bioloji nümunələr götürülərək tədqiqatlar (ölçmələr) aparılır”.
Adalet.az xəbər verir ki, bu barədə “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirində Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin mikrobioloqu Qumru Qaibova bildirib.
Onun sözlərinə görə, bu laboratoriyalara nümunələr müxtəlif mənbələrdən daxil olur. Rayon və şəhər Gigiyena və Epidemiologiya Mərkəzləri, səhiyyə müəssisələri, su təminatı obyektləri, istehsalat obyektləri, ətraf mühitin su, hava, torpaq nümunələri, fərdi şəxslər və özəl müəssisələrdən belə nümunələr daxil olur.
“Əhalinin sağlamlığının qorunması məqsədilə nümunələrin müayinəsi standart əməliyyat prosedurları əsasında həyata keçirilir. Nümunələrin qəbulu zamanı nümunə ilə birlikdə göndəriş vərəqi təqdim olunur. Bu vərəqədə nümunənin növü (su, torpaq, qan və s.), götürülmə vaxtı və analizin məqsədi qeyd edilir. Nümunələr qeydiyyata alınır və çeşidlənməsi aparılır. Nümunələr analizin növünə görə müvafiq şəraitdə (məsələn, +4 °C, −20 °C, buzlu soyuq zənciri) saxlanır və aidiyyəti laboratoriyaya – bakterioloji, virusoloji, kimyəvi, radioloji laboratoriyaya yönləndirilir. Bəzi nümunələr patogen mikroorqanizmlər, viruslar daşıya bilər, bu halda xüsusi təhlükəsizlik tədbirləri tətbiq olunur”.
K.Misirzadə qeyd edib ki, nümunənin növündən asılı olaraq fiziki-kimyəvi və mikrobioloji müayinələrin aparılması, insandan götürülmüş bioloji nümunələrdə bakterioloji və toksikoloji müayinələrin aparılması, torpaq sahələrində və nəqliyyat vasitələrində ionlaşdırıcı şüalanmanın ölçülməsi həyata keçirilir:
“Həmçinin, içməli suyun mikrobioloji və kimyəvi göstəriciləri, atmosfer havada mikrorqanizmlər, iş yerlərinin və yaşayış məntəqələrində mikroiqlim göstəriciləri: vibrasiya, səs‑küy, səthlərdən götürülən yaxmalar, ətraf mühitin radiasiya fonunun ölçülməsi, pestisid, ağır metallar, toksiki maddələrin kimyəvi analizlər, dezinfeksiya tədbirlərinin effektivliyinin yoxlanılması həyata keçirilir. Alınan nəticələr normativlərə uyğun müqayisə olunur. Zərurət olduqda təkrar müayinə təyin edilir”.
Digər Xəbərlər
14 Aprel 2026 10:39
Uşaqlar üçün transplantasiya daha çətindir
14 Aprel 2026 10:37
13 donor 73 insana həyat verdi - SN açıqladı
13 Aprel 2026 16:22
Həmin uşaqlardan birinin vəziyyəti ağırdır
13 Aprel 2026 15:22
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi
13 Aprel 2026 13:04
AQTA-dan idman qidalarının qanunsuz satışı barədə XƏBƏRDARLIQ
10 Aprel 2026 19:03
Prostat xərçənginin diaqnostikasında yeni üsulun tətbiqinə başlanılıb
10 Aprel 2026 12:57
Vətəndaşlar işəgötürənin hesabına tibbi müayinədən keçiriləcəklər
08 Aprel 2026 16:34


Bakı -°C

