adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
02 Mart 2018 13:16
237571
MARAQLI

Əslində Mahatma Qandi müqəddəs deyil...

Şiddətsiz inqilab etməyin mümkünlüyünü nümayişetdirsə də, əslində Mahatma Qandi müqəddəs deyildi.

Qadınlar, sekszəncilər və aşağı kasta nümayəndələriilə bağlı Qandinin qəribə fikirləri vardı. Hamının kübar, xoşxasiyyət kimi tanıdığı Qandi qəribə tərəfləri ilə seçilirdi.1893-1914-cü illərdə Cənubi Afrikada vəkillik edən Qandi zənciləri insan yerinəqoymurdu. Onlardan xoşu gəlmirdi, zəncilər haqqında danışanda ağzından söyüşdüşmürdü. 


1903-cü ildə "ağ irq”in Cənubi Afrikaya hökm etməsi fikrini səsləndirdi. Ancaq1908-ci ildə "ağlar” tərəfindən həbs olunmuşdu. Özü də zənci kimidamğalanmışdı...

Qadınlar haqqında düşüncələri də elə zəncilərə olan qəzəbinə bənzəyirdi.Qandinin əməlli-başlı qadın düşməni olduğu deyilirdi. Cənubi Afrikada işlədiyivaxtlar iki gənc qadının təcavüzə uğraması hadisəsi baş vermişdi. Qandi günahıqadınlarda görmüşdü və saçlarını kəsdirməklərini tələb etmişdi. Hindistanın gələcəklideri düşünürdü ki, qadınlar təcavüzə təslim olduqları an insanlıqlarınıitiriblər. 

Qandiyə görə, kişilər cinsi istəklərinə nəzarət edə bilməyən varlıqlardı. Və buistəkləri yaradan hər bir qadın günahkardır.

Rita Banerjinin "Seks və güc. Qandi” kitabında Qandinin qadınların menstruasiyaolmasına münasibəti qeyd olunub: "Qadın ruhunun cinsi istəklər tərəfindənçürüdülməsinin nişanəsi”. 

Qandiyə görə, cinsi istəklər insanın azğınlığından xəbər verir. Bir insanhəyatda 4 və ya 5 dəfə cinsi münasibət qurmalıdır. Qandi həyat yoldaşınınfikrini almadan cinsi istəyə tövbə elədi və illərlə ona toxunmadı. Hətta nəfsini test etmək üçün bir neçə dəfə gəncqızların onun çarpayısında çılpaq vəziyyətdə yatmasını istəmişdi. Onlaratoxunmur, ehtiraslanmırdı. Beləcə cinsi istəyini söndürdüyünü isbat edirdi.

Bu düşüncələrin mayası arvadı haqqında düşüncələrdən də qaynaqla bilər. Xəstəvaxtı başında pərvanə olan və onu həyata qaytaran qadın haqda Qandi belədüşünürdü: "Onun üzünə baxa bilmirəm. Dözülməzdi. Üz ifadəsi itaətkar inəyixatırladır. Bir şey deyəndə eynən o inək kimi axmaq ifadə gəlib dururqarşında.”

Arvadı sətəlcəm olanda o vaxtlar üçün yenicə istifadə olunan pensilini almağaicazə verməmişdi. Qandi düşünürdü ki, bu yad maddədir və onun bədəninəgirməsinə icazə yoxdur. Qadının halı pisləşdi və həmin il öldü. Bir neçə ilsonra qızdırma olan Qandi yad maddə adlandırdığı pensilini qəbul elədi və sap-sağlam ayağa qalxdı.